©aihmaz.org
Ev və mülkiyyətin qorunması – məcburi köçkünlər
MƏHKƏMƏ İŞİNİN TƏSVİRİ :
Sargsyan Azərbaycana qarşı
Ərizə № 40167/06
Böyük Palata – 6.06.2015; 12.12.2017
Bu məhkəmə işi 1992-ci ilin iyun ayındakı hərbi əməliyyatlardan sonra Gülüstan kəndindəki evini tərk etmək məcburiyyətində qalan bir erməni mühaciri ilə bağlıdır. Məhkəmə, bu işdə Gülüstanın başqa bir dövlətin silahlı qüvvələri tərəfindən işğal edilmədiyini və ya separatçı bir rejimin nəzarəti altında olmadığını müəyyən etdi və beynəlxalq səviyyədə tanınan dövlət ərazisi olaraq, Azərbaycanın yurisdiksiyaya sahib olduğu qənaətinə gəldi (§ 150). Məhkəmə, Azərbaycan hökumətinin mülki şəxslərin kəndə daxil olmasına imtina edilməsinin təhlükəsizlik mülahizələri ilə əsaslandırmasını qəbul etdi. Bununla birlikdə, qeyd etdi ki, bu imtina qərarı ilə birlikdə ərizəçinin əmlakı və evi ilə bağlı hüquqlarının bərpası və ya ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün hər hansı bir tədbirin görülməməsi ərizəçiyə həddindəna rtıq yük gətirməyə davam edir (Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 15 aprel 2002-ci il tarixindən bəri Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin, 8-ci və 13-cü maddələrinin davam edən pozuntusu).
Məhkəmə bildirdi ki, “hərtərəfli sülh sazişi əldə edilənədək, istifadəsi sərbəst olan və asan sübut etmə standartları tətbiq edilən prosedurları nəzərdə tutulan, ərizəçiyə və onun vəziyyətində olan başqalarına mülkiyyət hüquqlarını bərpa etmək və vurulmuş zərərin əvəzini əldə etmək imkanını yaradan mülkiyyətlə bağlı iddia mexanizminin yaradılması xüsusilə vacibdir” (§ 238).
Məhkəmə, ədlətli əvəzin ödənlməsi iddiaları ilə bağlı Ərizəçinin Gülüstandakı torpaqlarından qaynaqlanan gəlir itkisi, Yerevandakı (15 aprel 2020-ci ildən bəri) artan yaşam xərcləri və ayrıca, keçirdiyi iztirab və sıxıntılar nəticəsində dəymiş ziyan kompensasiya edilə biləcəyinə qərar verdi. Hesab etdi ki, maddi və mənəvi ziyanlar bir-biri ilə sıx bağlıdır və onun dəqiq hesablanması mümkün deyil. Bütün zərərlərin ödənilməsi üçün ərizəçiyə 5.000 avro məbləğində təzminat müəyyən edildi.
ICRANIN DURUMU:
6 Mart 2017-ci il tarixdə Azərbaycan tərəfi, Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə hökumətin kompensasiya mexanizmi, yəni, itkilərin və ziyanın dəyərləndirilməsi çəqsədilə işçi qrupunun yaradıldığı bildirilən fəaliyyət planını (DH-DD(2017)265) təqdim etdi. Həmin Qrup iqtisadiyyat və daşınmaz əmlak sahəsində müstəqil ekspertlərdən ibarətdir və fəaliyyəti Azərbaycan Parlamentinin üzvü tərəfindən idarə olunur.
Buna cavab olaraq, Ermənistan hökuməti, 8 Mart 2017-ci il tarixində (DH-DD(2017)277) yuxarıdakı İşçi Qrupun qərarın tələb etdiyi kimi asanlıqla əlçatan olan əmlak iddiası mexanizmi hesab edilə bilmədiyi ifadə olunan təqdimat göndərdi.
Nazirlər Komitəsi, Azərbaycan hökuməti tərəfindən təqdim edilən Fəaliyyət Planının icrasının araşdırıldığı 1280-ci toplantısında (Mart 2017) (DH) bu işin icrasını incələdi və İşçi Qrupun necə çalışması ilə bağlı ətraflı məlumat təqdim etməyə, Qrupun mülkiyyət iddiası mexanizminin yaradılması ilə bağlı Məhkəmənin tövsiyəsinə necə əməl etməsi haqda məlumat verməyə dəvət etdi. Komitə, həmçinin, səlahiyyətliləri Katiblik ilə sıx əməkdaşlıq etməyə dəvət etdi.
Azərbaycan hökumətindən daha sonra əlavə yazılı məlumat alınmayıb.
Bu işdə 2 Qeyri Hökumət Təşkilatı Məhkəmə Reqlamentinin 9.2 Qaydası üzrə AŞ NK ilə təmas qurub.
Birincisi, Hüquq Bələdçisi (Legal Guide), 23 iyul 2015-ci il tarixli bir yazışmada, Komitə tərəfindən ümumi tədbirlərə, daha dəqiqi, Azərbaycan hökumətinin mülkiyyət iddiası mexanizminin formalaşdırlması məsələsinə təcili baxılmasını istədi. Azərbaycan hökuməti bu kommunikasiyanın həqiqiliyini şübhə altına aldı, lakin eyni zamanda Komitənin növbəti iclaslarının birində fəaliyyət planını təqdim etmək niyyətində olduqlarını bəyan etdi (DH-DD (2015) 777).
İkincisi, 2 Noyabr 2016-cı il tarixdə Avropa İnsan Hüquqları Advokasiya Mərkəsi (EHRAC) QHT-tı hazırkı işlə, habelə, Çıraqov Ermənistana qarşı işi üzrə 9.2 Qayda (DH-DD (2016) 1281) üzrə yazışma təqdim etdi.
EHRAC, hər iki qərarla bağlı Məhkəmənin diqqətini mülkiyyət hüquqları ilə əlaqəli beynəlxalq ölçülərə, özəlliklə, Birləşmiş Millətlər Təşkilatının “Pinheiro prinsiplərinə” və ölkə daxilində yerindən məhrum olmaqla bağlı rəhbər prinsiplərinə və Avropa Şurası Parlament Assambleyasının 1708 (2010) saylı “Qaçqın və köçkünlərin əmlak məsələlərinin həlli” mövzusunda qətnaməsinə (“Poulsen Prinsipləri”) yönəltdi.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüşlərə qeyd edilən beynəlxalq sənədlərin kontekstində təsirli həll yolları təqdim etmək üçün mülkiyyət iddiaları mexanizminin nəzərə almalı olduğu yeddi kateqoriyanı təhlil və təqdim etdi. 29 oktyabr 2019-cu il tarixdə EHRAC, hər iki qərarın, xüsusən də mülkiyyətin kompensasiya edilməsi mexanizminin yaradılması baxımından, irəliləyişə ehtiyac olduğunu vurğulamaqla ikinci bir yazışmanı (DH-DD (2019) 1357) təqdim etdi.
EHRAC, son olaraq, ərizəçinin nümayəndəsi kimi çıxış etməklə, Məhkəmə tərəfindən müəyyən edilən ədalətli əvəzin ödənilmədiyini göstərən 9.1-ci Qayda üzrə üç bildiriş də təqdim edib (DH-DD (2018) 980, DH-DD (2019) 1261 və DH-DD (2020) 138).
Nazirlər Komitəsinin sonuncu incələməsi:
Tövsiyyə edilən Mətnlər:
DH-DD(2017)265, CM/Del/Dec(2019)1362/H46-4
Qeydlər/Problemlər:
Ərizə | İşin adı | Qərar | Yekun | Problemin kvalifikasiyası |
40167/06 | SARGSYAN | 16/06/2015
12/12/2017 |
Yuxarı Palat | Kompleks problem |
1369-ci toplantı, 3-5 Mart 2020 (DH) – Qeydlər
This case was examined by the Committee at its 1362nd meeting (December 2019) (DH). It is expected that detailed consultations will take place between the Secretariat and the Azerbaijani authorities regarding the measures required to execute this judgment prior to the Committee’s next examination, to take place at one of the DH meetings in 2020.
Komitə bu işə 1362-ci iclasında (Dekabr 2019) (DH) baxdı. Komitənin bir sonrakı araşdırmasından əvvəl 2020-ci ildəki NK toplantılarından birində müzakirə edilməsi üçün bu qərarın icra edilməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlərlə bağlı Katibliklə Azərbaycan tərəfi arasında detallı müzakirələrin aparılması gözlənilir.
Qətnamə:
Deputatlar hazırkı işin icra durumuna NK-nin 2020-ci ildə keçiriləcək iclaslarından birində yenidən baxılmasına qərar verdilər.
Son yenilənmə: 30 iyun 2020-ci il (yeniləmə davam edəcək)