©aihmaz.org
Seçki hüquqları
MƏHKƏMƏ İŞİ QRUPUNUN TƏSVİRİ
8705/06 NEMƏT ƏLİYEV
16511/06 ƏBIL
18469/06 ATAKIŞI
6984/06 HACILI
18475/06 KƏRIMLI VƏ ƏLİBƏYLİ
20799/06 KƏRIMOVA
4508/06 ORUCOV
19554/06 XANHÜSEYN ƏLIYEV
4641/06 MƏMMƏDOV No. 2
12535/06 KƏRIMOV
31953/11 TAHIROV
17356/11 BAGIROV VƏ DİGƏRLƏRİ
25330/11 QASIMLI VƏ DİGƏRLƏRİ
24853/11 VUGAR ƏLIYEV VƏ DİGƏRLƏRİ
2204/11 ƏNNAGI HACIBEYLI
36503/11 QƏHRAMANLI VƏ DİGƏRLƏRİ
37700/05 SEYIDZADE
29781/11 QAYA ALIYEV VƏ DİGƏRLƏRİ
2326/11 MƏMMƏDLI VƏ DİGƏRLƏRİ
30362/11 SOLTANOV VƏ DİGƏRLƏRİ
37614/11 ŞUKUROV
20411/11 ASLAN ISMAYILOV VƏ DİGƏRLƏRİ
36821/11 SƏMƏDBƏYLİ VƏ DİGƏRLƏRİ
23 məhkəmə işindən ibarət olan bu Qrup 2005 və 2010-cu ildə keçirilmiş parlament seçkiləri kontekstində müxalifət partiya üzvlərinin və ya müstəqil namizədlərin azad seçki hüquqlarının pozuntusu (Konvensiyanın 1 saylı Protokolun 3-cü maddəsi) ilə əlaqəlidir.
Bu məhkəmə işlərinin əksəriyyətində Məhkəmə müəyyən etdi ki, seçki komissiyaları və daxili məhkəmələr, o cümlədən, Konstitusiya Məhkəməsi özbaşına olaraq, əsaslandırma olmadan və / və ya qanunvericiliyin özbaşına tətbiqinə qarşı təminat verməyən prosedurlar vasitəsilə:
– seçki qanunvericiliyinin yanlış tətbiq edilməsi və ya pozuntularına qarşı şikayətləri rədd etdilər;
– namizədliyin qeydiyyata alınmasını və ya ərizəçilərin seçilməsini rədd etdi və ya ləğv etdi.
Məhkəmə, seçki komissiyalarının qərarları ilə bağlı özəlliklə aşağıdakı pozuntuları müəyyən etdi:
– Ərizəçilərin şikayətlərinin və təqdim etdikləri dəlillərin heç bir əsaslandırma aparılmadan rədd edilməsi;
– Ərizəçilərin əleyhinə olan şahid ifadələrinin və izahatların, onların doğruluğunun və mötəbərliyinin müəyyənləşdirilməsi üçün müstəqil ekspertizadan keçirilmədən qəbul edilməsi;
– ərizəçilərin namizəd kimi qeydiyyata alınmalarını və ya seçilmələrini ləğv edən qərarların müstəqil ekspertiza keirilmədən və əsaslandırlmadan qəbul edilməsi;
– ərizəçilərin bu qərarları verən komissiyalardakı dinləmələrdə iştirakının təmin edilməməsi.
Qəhrəmanlı və digərləri Azərbaycana qarşı işdə AİHM qeyd edib ki, namizədlər tərəfindən verilmiş fərdi şikayətlərin araşdırılmasının effektivliyini artırmaq məqsədilə cavabdeh Dövlət seçki komissiyalarının struktural tərkibinə dair islahat keçirilməsi yönündə təşviq edilməlidir.
Yerli məhkəmələrin qərarları ilə əlaqədar olaraq Məhkəmə xüsusilə, aşağıdakı çatışmazlıqların olmasını müəyyən edib:
– Təqdim edilmiş dəlillərin araşdırılmasından imtina olunması, mübahisə doğuran məsələlərin aydınlaşdırılması üçün xidməti vəzifəsinə uyğun olaraq tədbirlər görülməməsi və araşdırma prosedurun formal xarakter daşıması;
– Seçki komissiyaların gəldiyi nəticələrinin məhkəmələrdə olduğu kimi avtomatik təkrar olunması;
– Ərizəçilərin öz müdafiələrini hazırlamaq üçün yetərli zamana sahib olmaması;
– Seçki qanunvericiliyinin yanlış tətbiq ediulməsi
Qəhrəmanlı və digərlərinin işində ərizəçilərin kassasiya şikayəti Ali Məhkəmə qarşısında qanunvericiliyə uyğun olaraq, baxılmasını gözləyərkən, Konstitusiya Məhkəməsi ölkədə keçirilmiş seçkilərin nəticələrinə baxdı və onu təsdiq etdi. Bu qərar, ərizəçiləri mövcud olan şikayət imkanından məhrum etdi və bütün seçki şikayətləri sistemini faydasız və xəyali hala gətirdi
Bu qrupa daxil olan 6 işdə Məhkəmə, 2014-cü ilin avqust ayında ərizəçilərin qanuni nümayəndəsinin ofisindən bütün digər sənədlərlə birlikdə iş sənədlərinin də götürülməsinə görə, fərdi müraciət etmək hüququnun pozuntusuna yol verildiyini də müəyyən etdi (Konvensiyanın 34-cü maddənin pozuntusu).
İcranın durumu:
Fərdi tədbirlər:
Ərizəçilərin seçkilərdə sərbəst iştirak etmək hüquqlarına dair müəyyən edilən fərdi tədbirlərin ümumi tədbirlər məsələsi ilə sıx bağlı olduğu xatırladılır.
Məhkəmə tərəfindən verilən ədalətli əvəz qismən ödənilmənin həyata keçirildiyi dörd iş istisna olmaqla, digər bütün hallarda tam ödənilmişdir.
Ümumi tədbirlər:
Komitə 2013-cü ilin dekabr ayından bu yana bu qrupa daxil olan məhkəmə işlərini DH iclaslarında müntəzəm olaraq incələmişdir. İcra ilə bağlı ümumi tədbirlərin ətraflı xülasəsi 1265-ci iclasın Qeydlərində ətraflı ifadə edilmişdir (Sentyabr 2016) (DH) (CM / Qeydlər / 1265 / H46-4).
Komitənin bu dosyeni incələməsinin açar nöqtələri qısaca aşağıdakı kimi xatırlana bilər:
2015-ci ilin dekabr ayında Komitə, 2015-ci ilin Noyabrında keçirilən parlament seçkilərinin özbaşınalıqların önlənməsi məqsədilə Konvensiya standartlarına uyğunluğun gözdən keçirilməsi üçün tələb olunan islahatlar olmadan keçirilməsindən dərin narahatlığını bildirdi. Bu islahatların həyata keçirilib, qəbul edilməsində sürətli irəliləmə tələblərini bir daha yenilədi və səlahiyyətliləri bu qrup işinin sonrakı icrasında tam şəkildə əməkdaşlıq etməyə çağırdı.
2016-cı ilin sentyabr ayında Komitə, Azərbaycan tərəfinin tələb olunan tədbirlərlə əlaqədar davamlı səssiz qalmasından dərin təəssüf hissi keçirdiyini ifadə etdi və bu qrup işinin sonrakı icra prosesi ilə bağlı narahatlığını dilə gətirdi. Səlahiyyətli qurumların Avropa Şurası rəhbərliyiindən və köməyindən yetərincə istifadə etmədiklərini vurğuladı və gələcəkdə bunu etməyə çağırdı.
2017-ci ilin mart ayında Komitə, diqqəti seçki hüquqlarını əhatə edən Avropa Şurasının Azərbaycanla bağlı Fəaliyyət Planının 2017-ci ilin sonunadək uzadılmasına yönəltdi. Bu, səlahiyyətli qurumları məhkəmə qərarlarının icrası məqsədilə reformları qəbul etmək üçün Fəaliyyət Planı ilə təqdim edilən bütün imkanları tam araşdırmağa təşviq etdi.
Mərkəzi Seçki Komissiyası 11 aprel 2018-ci il tarixli Prezident seçkiləri öncəsi aşağı seçki komissiyaları üzvlərinin peşə bacarıqlarının artırılması məqsədi ilə 2018-ci ilin fevral ayında bir sıra təlim sessiyaları təşkil etdi. Bu, 2018-ci ilin martında keçirilmiş toplantısında Komitə tərəfindən qeyd edildi.
Həmin dövrdə Avropa Şurası ilə Azərbaycan arasında yeni Fəaliyyət Planı müzakirə olunurdu və Komitə səlahiyyətli qurumları bu qrup işlərindəki önəmli məsələlərin həlli üçün nəzərdə tutulan gələcək tədbirlər barədə məlumat verməyə dəvət etdi. Yeni Fəaliyyət Planı (2018-2021) Nazirlər Komitəsi tərəfindən 12 oktyabr 2018-ci ildə təsdiq edilmişdir və seçki islahatları, özəlliklə, namizədlərin qeydiyyatı, seçki komissiyalarının tərkibi, müşahidəçilərin hüquqları, şikayət və müraciətlər prosedurları, həmçinin partiyanın maliyyələşdirilməsinin şəffaflığı kimi məsələlər prioritet təşkil edir.
2019-cu ilin iyununda Komitə uzun zamandan gözlənilən islahatlarla bağlı irəliləyişin olmamasından narahatlığını ifadə etdi və seçki qanunvericiliyi və təcrübəsinin Konvensiyanın tələblərinə tam və effektiv şəkildə uyğunlaşdırmaq üçün sürətlə konkret tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Bununla yanaşı, müvafiq təlim və məlumatlandırma işlərini davam etdirməyə və genişləndirməyə çağırdı. Komitə, yenə də Hökuməti Avropa Şurası tərəfindən təklif olunan əməkdaşlıq imkanlarından tam istifadə etməyə çağırdı.
Komitə, 2019-cu ilin dekabr ayındakı son incələməsində Azərbaycanda seçki komissiyaları üzvlərinə seçki şikayətlərinə baxılmasının standartları ilə bağlı məlumatlarının və imkanlarının artırılması məqsədi ilə bir sıra seminarların keçirildiyini qeyd etdi. Lakin məsələ narahatlıq qaynağı olmaya davam etdi və əlavə tədbirlərin həyata keçirilməsinin tələb olunduğu bildirildi. Komitə, bundan əlavə, 2020-ci ilin əvvəlində hakimiyyəti bu qrup işinin gündəmə gətirdiyi fərqli fərqli mövzularda birgə təşəbbüs məqsədi ilə Katibliklə davam edən ikitərəfli əlaqələri sürətlə inkişaf etdirməyə çağırdı.
9-cu Qayda üzrə kommunikasiya:
Bu işdə Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Qeyri Hökumət Təşkilatından iki kommunikasiya təqdim edilib – bax: DH-DD(2019)512 və DH-DD(2019)1295. Həmin təqdimatlar Komitənin əvvəlki incələmələri ilə bağlı hazırlanmış qeydlərdə nəzərə alınıb.
Nazirlər Komitəsinin sonuncu incələməsi:
Tövsiyyə edilən mətnlər:
CM/Del/Dec(2019)1348/H46-3, DH-DD(2019)1330
Qeydlər/Problemlər:
Ərizə | İşin adı | Qərar | Qəti qərar | Problemin kvalifikasiyası |
18705/06 | NEMƏT ƏLİYEV | 08/04/2010 | 08/07/2010 | Kompleks problem |
16511/06 | ƏBIL | 21/02/2012 | 21/05/2012 | |
18469/06 | ATAKIŞI | 28/02/2012 | 28/05/2012 | |
6984/06 | HACILI | 10/01/2012 | 10/04/2012 | |
18475/06+ | KƏRIMLI VƏ ƏLİBƏYLİ | 10/01/2012 | 04/06/2012 | |
20799/06 | KƏRIMOVA | 30/09/2010 | 30/12/2010 | |
4508/06 | ORUCOV | 26/07/2011 | 26/10/2011 | |
19554/06 | XANHÜSEYN ƏLIYEV | 21/02/2012 | 21/05/2012 | |
4641/06 | MƏMMƏDOV No. 2 | 10/01/2012 | 10/04/2012 | |
12535/06 | KƏRIMOV | 25/09/2014 | 25/12/2014 | |
31953/11 | TAHIROV | 11/06/2015 | 11/09/2015 | |
17356/11+ | BAGIROV VƏ DİGƏRLƏRİ | 17/12/2015 | 17/12/2015 | |
25330/11+ | QASIMLI VƏ DİGƏRLƏRİ | 17/12/2015 | 17/12/2015 | |
24853/11+ | VUGAR ƏLIYEV VƏ DİGƏRLƏRİ | 17/12/2015 | 17/12/2015 | |
2204/11 | ƏNNAGI HACIBEYLI | 22/10/2014 | 22/01/2016 | |
36503/11 | QƏHRAMANLI VƏ DİGƏRLƏRİ | 08/10/2015 | 08/01/2016 | |
37700/05 | SEYIDZADE | 03/12/2009 | 03/03/2010 | |
29781/11+ | QAYA ALIYEV VƏ DİGƏRLƏRİ | 16/06/2016 | 16/06/2016 | |
2326/11+ | MƏMMƏDLI VƏ DİGƏRLƏRİ | 30/06/2016 | 30/06/2016 | |
30362/11+ | SOLTANOV VƏ DİGƏRLƏRİ | 16/06/2016 | 16/06/2016 | |
37614/11 | ŞUKUROV | 27/10/2016 | 27/01/2017 | |
20411/11+ | ASLAN ISMAYILOV VƏ DİGƏRLƏRİ | 13/04/2017 | 13/04/2017 | |
36821/11+ | SƏMƏDBƏYLİ VƏ DİGƏRLƏRİ | 13/04/2017 | 13/04/2017 |
1369-ci toplantı, 3-5 Mart 2020 (DH)- Qeydlər:
Başlanğıcda xatırladılır ki, Komitənin bu işlərə son baxışından əvvəl Azərbaycanda erkən parlament seçkiləri çağırıldı. Seçkilərin tarixi – 9 Fevral 2020 – DH iclasından bir qədər sonra billi deyildi. Bu, Katibliyin 2020-ci ilin əvvəlində baş tutmalı olan Bakıya səfərinin reallaşması ehtimalını müvafiq dövlət qurumları üçün seçkilərlə əlaqədar üç yarım günlük təlim sessiyalarına hazırlıq işlərinin yekunlaşdırılması və tələb olunan ikitərəfli görüşlərin təşkil edilməsi də daxil olmaqla, azaltdı, baxmayaraq ki, Azərbaycan hökuməti səfərin təşkili üçün lazımlı tədbirləri vaxtında həyata keçirmişdi. Buna baxmayaraq, səfərin reallaşması ilə bağlı aidiyyəti orqanlarla əlaqələr davam etdirilir. Məqsəd bu qərarlar vasitəsilə qaldırılan problemlərin ortadan götürülməsi və səlahiyyətli qurum və şəxslərlə daha çox müzakirə aparmaq olacaq.
9 fevral 2020-də keçirilmiş seçkilərlə əlaqədar olaraq, həll edilməli olan xüsusi çatışmazlıqları müəyyən edən Avropa Məhkəməsinin çoxsaylı qərarlarına rəgmən, bu seçkilərin 2010-cu ildə keçirilmiş seçkilərdən sonra heç bir əsaslı dəyişiklik görməyən seçki sistemi və qanunvericiliyə əsasən keçirilməs təəssüf doğurur. Bu, öz-özlüyündə ciddi narahatlıq mənbəyidir. Bir daha xatırladılır ki, 1 nömrəli Protokolun 3-cü maddəsi ilə təminat altına alınan azad seçki hüququ Konvensiya sistemində təməl önəmə sahibdir, çünki, səmərəli bir siyasi demokratiyanın müəyyənləşdirici prinsipini təşkil edir, onsuz əsas insan hüquqları və azadlıqları təmin edilə bilməz. Bu eyni zamanda, sərbəst və azad seçkilərin təməl qarabtiyalarından biri olaraq, seçki mübahisələrində fərdi çikayətlərin və etirazların təsirli bir şəkildə incələnməsi üçün daxili bir systemin var olmasını, mövcudluğunu tələb edir.
Seçkilərdən əvvəl seçki mühiti ilə bağlı narahatlıqlar Parlament Assambleyası [3] və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyası tərəfindən səsləndirilib və bu da DTİHB-nin və qurumun uzun zamandan bəri tövsiyələr verdiyini vurğulayıb. Sərbəst toplaşmaq və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə əlaqəli Venesiya Komissiyasınün tövsiyələri hələ də Azərbaycan tərəfindən diqqətə allınmayıb.
Bu kontekstdə, bu məsələlərin bəzilərinin hazırda digər məhkəmə işləri qrupları çərçivəsində araşdırıldığını xatırlatmaqda fayda var (İlqar Məmmədov, Qafqaz Məmmədov və Mahmudov və Ağazadə işi qrupları).
Sesəvermə gününün ardınca, ATƏT / DTİHB, ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə təşəbbüsü olan Beynəlxalq Seçki Müşahidəsi Missiyası ciddi narahatlıq ifadə edərək, seçkidə ortaya çıxan problemlərə diqqəti cəlb edən bəyanat yaydı [5]. Namizədlərin qeydiyyatı prosesi ümumilikdə əhatəli olsa da bəzi namizdələrin qeydiyyatına, habelə namizədliklərini geri götürmələrinə imkan verilmədi (bax: İlqar Məmmədov işi qrupu və Komitənin həmin qrupdakı ərizəçilərə qarşı qaldırılan cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılması tələbləri). Müşahidəçilər, xüsusilə səslərin sayılması və protokollaşdırılması zamanı nəticələri şübhə altına alan ciddi prosedur pozuntularına da tənqidi yanaşdılar.
Bu fonda adekvat islahatların aparılması zəruriliyi qalmaqdadır və buna görə islahatlar üçün konkret təkliflərin müzakirəsi məqsədilə hakimiyyət orqanları ilə dialoq gücləndirilməlidir.
Avropa Şurası Nazirlər Komitəsi
1369-ci toplantı, 3-5 Mart 2020 (DH)
Qətnamə – Nemət Əliyev işi Qrupu ilə bağlı
Deputatlar,
1. bu məhkəmə işlərinin 2005 və 2010-cu illərdə keçirilmiş parlament seçkiləri kontekstində ərizəçilərin Konvensiyanın 1 nömrəli Protokolunun 3-cü maddəsi ilə təminat altına alınan azad seçki hüquqlarını müdaxilə edən müxtəlif qanun pozuntularına yerli seçki komissiyaları və məhkəmələr tərəfindən effektiv baxılmaması ilə bağlı olduğunu xatırlatdı;
2. 1 nömrəli Protokolun 3-cü maddəsində təsbit edilən və qanunun aliliyi ilə idarə olunan effektiv demokratiyanın formalaşdırlması və davamlılığının təmin edilməsi üçün çox vacib olan hüquqların fundamental əhəmiyyətini bir daha vurğuladı;
3. Avropa Məhkəməsinin xüsusi çatışmazlıqları və qüsurları müəyyən edən çoxsaylı qərarlarına və Komitənin səlahiyyətliləri seçki qanunvericiliyi və onun təbiqini Konvensiyanın tələblərinə tam və effektiv şəkildə uyğunlaşdırma çağrışlarına rəgmən, seçki sisteminə və müvafiq qanunvericilik bazasına 9 fevral 2020-ci il tarixli parlament seçkilərindən əvvəl heç bir əsaslı dəyişiklik edilməməsindən dərin təəssüf hissi keçirdiyini bildirdi;
4. Bu baxımdan, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasından və Avropa Şurası Parlament Assambleyasından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ilkin bəyanatında səslənən narahatlıqları qeyd etdi və DTİHB və Venesiya Komissiyası tərəfindən çoxdan irəli gələn tövsiyələrin hələ nəzərə alınmamasını vurğulayır;
5. bu fonda adekvat islahatların aparılmasının, o cümlədən, seçki mübahisələri ilə bağlı fərdi şikayət və müraciətlərin araşdırılması üçün effektiv daxili müdafiə sistemin yaradılmasının zəruriliyini vurğuladı;
6. ədalətli əvəzin ödənilməsi ilə bağlı problemli əvvəlki qərarları xatırladır, ödənilməmə halları ilə bağlı bilgilərin yenilənməsi tələbini yeniləyir;
7. Səlahiyyətli qurumların Katiblik ilə əməkdaşlığı davam etdirməyə hazır olmalarını ifadə etməsini alqışlayır və onları ən geci 30 sentyabr 2020-ci ilədək təqdim ediləcək bir fəaliyyət planı şəklində konkret təkliflər hazırlamağa dəvət edir.
Son yenilənmə: 15 may 2020-ci il (yeniləmə davam edəcək)