İCRADAKI İŞLƏR: HÜSEYN və DİGƏRLƏRİ İŞİ QRUPU

Məhkəmə prosesinin ədalətliliyi – Cinayət işi

 

İşin təsviri

 

Hüseyn və Digərləri Azərbaycana qarşı, 35485/05+, qərar tarixi 26/07/2011, qəti 26/10/2011

Əsədbəyli və Digərləri Azərbaycana qarşı, 3653/05+, qərar tarixi 11/12/2012, qəti 11/03/2013

Abdulqədirov Azərbaycana qarşı, 24510/06, qərar tarixi 20/06/2013, qəti 20/09/2013

Əfəndiyev Azərbaycana qarşı, 27304/07, qərar tarixi 18/12/2014, qəti 18/03/2015

Sakit Zahidov Azərbaycana qarşı, 51164/07, qərar tarixi 12/11/2015, qəti 12/02/2016

 

Müxalif siyasi fəallara (Hüseyn və digərləri, Əsədbəyli və digərləri), siyasi məhbusa (Əfəndiyev işi) və müstəqil jurnalistə qarşı (Sakit Zayidov işi) qaldırılan cinayət işlərinin aşağıda göstərilən səbəblərə görə, əsassızlığı:

– prokuror və müstəntiq ilə ailə bağları olan iki hakimə edilən etirazların məhkəmə tərəfindən rədd edilməsi;

– ərizəçilərin məhkəmələrinə hazırlıq zamanı onların istintaq materialları ilə tanış olması üçün yetərli zaman sahib olmamaları, müdafiə üçün gərəkli zaman və imkana sahib olmalarındakı pozuntular;

– məhkəmələrin bəzi şahidlərin pis rəftara məruz qalmaqla ifadə verməyə məcbur edilməsinə, həmin ifadələrin geri götürülməsi barədə vəsatətlərə əhəmiyyət verməməsi;

– daxili məhkəmələrin ərizəçinin etirazlarını və sübutların həqiqiliyini araşdırmaması, onları ərizəçiyə qarşı istifadə etməsi (Sakit Zahidov);

– ərizəçilərin əksəriyyətinin Apelyasiya Məhkəməsindəki dinləmələrdə iştirakının təmin edilməməsi (Əsədbəyli və Digərlərinin işi, Əfəndiyevin işi) (6§1 və 3 (b), (c) və d) maddələrinin pozuntusu);

–  istintaqın araşdırmasının yeni başladığı zamanda yüksək rütbəi vəzifəlilər tərəfindən mətbuatda ərizəçilərin cinayət törətmələri ilə bağlı açıq və dəqiq məzmunlu bəyanatların verilməsi (6§2-ci maddənin pozulması) ( Hüseyn və Digərlərinin işi);

– Məhkəmə həmçinin, ərizəçilərdən birinin etiraz aksiyasında iştirak etməsinə görə iki ayrı məhkəmə işində (cinayət və inzibati qaydada) mühakimə edilməsi ilə 7 Saylı Protokolun 4-cü maddəsinin pozuntusunu müəyyən etdi (eyni əmələ görə iki dəfə mühakimə edilməmək, cəzalandırılmamaq hüququ), (Əsədbəyli və Digərlərinin işi).

Abdulqədirov işi:

– Müdafiə tərəfinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi, rəsmi qərar olmadan və müdafiə tərəfinə əksini iddia etmək imkanı verilmədən işə tam olaraq yenidən baxılması və ərizəçinin iştirakı olmadan apelyasiya şikayətinin  araşdırılması.

Bütün bu məhkəmə işlərində Məhkəmə, pozuntuların ən uyğun kompensasiya formasının, prinsipial olaraq, Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəmə araşdırmasının həyata keçirilməsini təmin etmək üçün yeni icraatın açılması olduğu qənaətinə gəldi.

 

İcranın durumu

 

Fərdi tədbirlər:

Hüseyn və Digərlərinin işi:  03/10/2012-ci il tarixdə ilkin fəaliyyət planı təqdim edildi. Həmin plana əsasən, Avropa Məhkəməsinin qərarı iş üzrə yeni icraatın açılması məqsədilə Ali Məhkəməyə göndərildi. İşə Ali Məhkəmənin Pelnumunun növbəti iclaslarından birində baxılacağı bildirildi.

Əsədbəyli və Digərlərinin işi: İş üzrə bütün ərizəçilərin sərbəst buraxıldığı bildirildi (bax: qərarın 31, 39, 63, 70, 83, 92-ci paraqrafları).

Abdulgədirov işi: 18/12/2013-ci ildə hökumət rəsmiləri bu məlumatı təqdim etdilər: Ali Məhkəmənin Pelnumu Ali Məhkəmənin 29/11/2005-cu il, Apellyasiya Məhkəməsinin 22/03/2005-ci il tarixli qərarını, 29/03/2005-ci il tarixli qərarın ərizəçiyə aid hissəsini ləğv etdi və cinayət işinin bu hissəsi yenidən araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildi.

Yenidən araşdırma ilə bağlı məlumatlar gözlənilir.

 

Ümumi tədbirlər:

Huseyn və Digərləri Azərbaycana qarşı işi üzrə məhkəmə qərarı dərc edilib və hakimlər, prokurorlar və vəkillər arasında yayılıb.

Konvensiyasının 6.2-ci maddəsinin pozuntusu üzrə icra prosesi Mahmudov və Agazadə işi Qrupu çərçivəsində nəzarət altındadır.

Yenilənmiş fəaliyyət planı və fəaliyyət hesabatı gözlənilir.

 

Son yenilənmə: 30 aprel 2020-ci il (yeniləmə davam edəcək)