Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi bu gün, martın 12-də Azərbaycanla bağlı növbəti qərarını elan etdi. Söhbət “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasından verilmiş şikayət üzrə qərardan gedir.
AİHM hesab etdi ki, bu mübahisədə yerli məhkəmələr A.İsmayılovun ədalətli məhkəmə araşdırması hüququna müdaxilə ediblər. Bu işdə ərizəçi maddi təzminat tələbini müəyyən edilmiş zaman çərçivəsində təqdim etmədiyindən, Məhkəmə təzminat müəyyən etməyib. Hökumət A.İsmayılova pozuntuya görə, maddi təzminat ödəməyəcək.
A.İsmayılov 2013-cü ildə bir hakimlə mübahisə kontekstində baş vermiş olaylar sonucu VK üzvlüyündən xaric edilmişdi. Hakim təhqir edildiyi əsası ilə vəkili VK-yə şikayət etmiş, kollegiya da əlbəttə ki, adət etdiyimiz kimi davranmışdı. A.İsmayılov iddia edirdi ki, mübahisə üzrə çıxarılmış qərarlarda onun ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və ayrı seçkiliyin yolverilməzliyi hüquqlarına müdaxilə edilib.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)