Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 16-da Azərbaycandan göndərilmiş 6 ərizə ilə bağlı yekun qərarlarını elan edib.
Yaşar Kərimov və başqaları Azərbaycana qarşı
Bu iş ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlər tətbiqi və inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmələrin ədalətsizliyi ilə bağlı idi. 5 ərizəçi onlara münasibətdə Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edirdilər.
Ərizəçilərin kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Dostca anlaşmalara əsaslanan qərardada görə, hökumət ərizəçilərə ədalətli əvəz ödəməlidir.
Ərizəçilərdən Yaşar Kərimova, Elnur Quliyevə, Emin Fərhadova və Babək Muradova mənəvi zərər əvəzi 3700 avro, xərc və məsrəflərə görəsə 450 avro (hər birinə) ödənilməlidir. Sarvan Cumayevə isə mənəvi zərər əvəzi 2500, xərc və məsrəflərə görə 350 avro ödənilməlidir.
Zülfiyyə Nəcəfova və başqaları (3) Azərbaycana qarşı
Bi məhkəmə işi mülkiyyət hüququnun pozuntusu və səmərəli müdafiə vasitələrinin mövcud olmaması iddiaları ilə bağlı idi.
Məhkəmə ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərardadda qeyd edilir ki, Hökumət ərizələrlə bağlı qeydlərini təqdim etsə də ərizəçilər (Zülfiyyə Nəcəfova, Çingiz MÜRSƏLOV, Nazim MUSAYEV və Ruslan RÜSTƏMOV) məhkəmənin məktublarına cavab vermədiyindən belə qərar qəbul edilib.