“Avropa Məhkəməsi gündəliyi – qərarların şərhi” proqramında hüquqşünas Xalid Ağaliyev Avropa Məhkəməsinin Hacıyev Azərbaycana qarşı qərarının şərhini təqdim edir. AİHM bu qərarında Azərbaycana qarşı ilk dəfə dövlət qurumunun informasiya sorğusuna cavab verməməsini 10-cu maddənin pozuntusu hesab edib.