Həbsxanada ölən jurnalistin işi üzrə qərar açıqlanacaq

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi fevralın 21-də mərhum jurnalist Novruzəli Məmmədovun şikayəti üzrə qərarını elan edəcək. N.Məmmədov 2009-cu ildə həbsxana xəstəxanasında, 68 yaşında vəfat etmişdi. Həmin vaxt jurnalist 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mərhum jurnalistin şikayəti Konvensiyanın 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq), 5.1, 5.3-cü (Azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozuntusu iddiaları ilə bağlıdır.

Fevralın 21-də AİHM Azərbaycanla bağlı daha 2 qərarını elan edəcək.

Qərarlardan biri vətəndaş Natella İsayevanın şikayəti ilə bağlı olacaq. Gürcüstandan olan milliyətcə azərbaycanlı ərizəçi Azərbaycanda onun şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulduğunu (oturum izni verilməməsi) iddia edir.

Digər qərar “Xanağa Ağayev Azərbaycana qarşı işi” üzrədir. Həmin işdə ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusu iddia edilir.