Gözlənilən qərar və qərardadlar – 7 noyabr 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, noyabr ayının 7-də Azərbaycanla bağlı yeni qərarını elan edəcək.

İmran Abdullayev Azərbaycana qarşı

Bu işin hallarına görə, ərizəçiyə məxsus əmlak özgəninkiləşdirilib. Yerli məhkəmələr ərizəçiyə məxsus əmlakın qanuna uyğun olaraq özgəninkiləşdirildiyini, adekvat kompensasiya məbləğinin ödənildiyini müəyyən etsə də ərizəçi, əmlakının özgəninkiləşdirilməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edir.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.