Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, sentyabrın 30-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 1 qərarını elan edəcək.
Y. Azərbaycana qarşı
Bu işdə ərizəçi LGBT icması üzvüdür. O, 2017-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib. AİHM qarşısında Avropa Konvensiyasının 3-cü, 5-ci, 6-cı, 8-ci, 14-cü maddələrinin pozuntusu iddiaları qaldırılıb.
Ərizəçi inzibati qaydada saxlanılmasının qanunsuz və özbaşına olmasında, məhz cinsi mənsubiyyətinə söykənməsindən şikayət edib. Bundan başqa, ərizəçi polislər və onu saxlayan personal tərəfindən pis rəftara məruz qaldığını, məcburi tibbi müayinəyə məruz qaldığını, əlaqəli qurumların bunlarla bağlı şikayətlərini araşdırmadığını iddia edir.
Bu işdə AİHM-ə 2018-ci ildə şikayət göndərilib. Məhkəmə 2019-cu ildə şikayəti hökumətlə kommunikasiya etməyə başlayıb.