Gözlənilən qərar və qərardadlar – 29 sentyabr 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 29-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 yeni qərarını elan edəcək.

Əsədov Azərbaycana qarşı

Bu iş ərizəçiyə məxsus mülkiyyətin (yanacaq doldurma məntəqəsi) dövlət maraqları əsası ilə özgəninkiləşdirilməsi və sökülməsi, ərizəçiyə hər hansı kompensasiya ödənilməməsi ilə bağlıdır.

Ərizəçi AİHM qarşısında iddia edir ki, ona məxsus mülkiyyətin sökülməsi, əlindən alınması, onun Konvensiyanın 6-cı, 8-ci, 13-cü və 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq və mülkiyyət hüququna müdaxilə məzmunda olub. Şikayət 2009-cu ildə göndərilib.

Paşayev Azərbaycana qarşı (28461/19);

Rəşidov Azərbaycana qarşı (8500/19);

Sarıyev və Başqaları Azərbaycana qarşı (9354/17);

Şahhüseynov və Başqaları Azərbaycana qarşı (59188/17);

AİHM-ə 2017-19-cu illərdə göndərilmiş qeyd edilən 4 işlə bağlı məhkəmənin sənədlər bazasına məlumat daxil edilməyib.