Gözlənilən qərar və qərardadlar – 23 iyun 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 23-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 qərarını elan edəcək.

Natiq İsbatov Azərbaycana qarşı (Ərizə №:41490/20)

Bu məhkəmə işi ərizəçinin ölkədən çıxışına qadağa tətbiq edilməsi ilə bağlıdır. Məhkəmə qarşısında Konvensiyanın 4 Saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsinin (səmərəli müdafiə vasitələrinə malik olmaq) pozuntusu iddiası irəli sürülüb.

Ülviyyə Kərimova Azərbaycana qarşı (Ərizə №:1110/18)

Bu iş daxili məhkəmələrin qərarlarını icra etməməsi əsası ilə ərizəçinin Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) üzrə iki il müddətinə islah işlərinə və əmək haqqının 10 faizinin dövlət nəfinə tutulması cəzasına məhkum olunması ilə bağlıdır. Ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisə edib.

Qadir Mahmudov Azərbaycana qarşı (Ərizə №:81103/17)

Bu iş də Kərimova işində olduğu kimi məhkəmə qərarının icra olunmaması səbəbindən cəzalandırılması ilə əlaqəlidir. Burda söhbət ərizəçinin müxtəlif müddətlərə inzibati həbs olunmasından gedir. Ərizəçi barəsindəki məhkəmə qərarlarının ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu iddia edir.

Fikrət İbişbəyli Azərbaycana qarşı (41490/20);
Xvorova Azərbaycana qarşı (22453/19);

AİHM-in sənədlər bazasında yuxarıdakı iki işlə bağlı məlumat verilmir.