Gözlənilən qərar və qərardadlar – 19 dekabr 2023

Avropa İnsan Haqları Məhkəməsi dekabrın 19-da Azərbaycanla bağlı bir qərar elan edəcək.

Narayan və başqaları Azərbaycana qarşı

Ərizəçilər 1959-1998-ci il təvəllüdlü və İrəvan və Stepanavan rayonlarında (Ermənistan) yaşayan on Ermənistan vətəndaşıdır.

Onlar ərizələrində iddia edirlər ki, Azərbaycan əsgəri guya Ermənistan ərazisinə sərhədi keçməklə daxil olaraq, onların qohumlarını güllələyib. Avropa İnsan Hüquqları Konvensiyasının 2, 13 və 14-cü maddələrinə əsaslanan ərizəçilər, hadisələrin baş verdiyi vaxt silahlı münaqişənin davam etmədiyi üçün qohumlarının öldürülməsinin qanunsuzluğundan, etnik və milli mənşələrinə görə ayrı-seçkiliyə məruz qalmalarından və hadisə ilə bağlı effektiv araşdırma aparılmamasından şikayət ediblər.