Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 16-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 1 qərarını elan edəcək.
Tural Feyruz oğlu Abbaslı Azərbaycana qarşı
Bu iş ərizəçinin inzibati qaydada cəzalandırlması ilə bağlıdır. Ərizəçi 2012-ci ildə daha əvvəlki inzibati tənbeh tədbirinə əməl etmədiyinə görə, sərt cəzalandırılıb – ona 15 sutka həbs cəzası verilib. Ərizəçi barəsindəki məhkəmə prosedurlarının ədalətsizliyindən şikayət edir. O, Konvensiyanın 6-cı maddəsinə söykənərək, iddia edir ki, istədiyi vəkilə çatımının təmin edilməməsi, barəsindəki məhkəmə qərarlarının əsaslandırlmaması ilə ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edilib.
Tural Feyruz oğlu Abbaslı Azərbaycana qarşı işi üzrə kommunikasiya bu ilin yaz aylarında başlamışdı.