Avropa Insan Haqları Məhkəməsi (AİHM) gələn həftə, dekabrın 16-da Azərbaycana qarşı 3 qərarını elan edəcək.
Əsgərov Azərbaycana qarşı
Bu işdə ərizəçi sahibi olduğu ət kəsimi və email müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmasından şikayət edib.
Ərizəçi AİHM qarşısında mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.
Şirinli və Əmrah Azərbaycana qarşı
Hər iki iş ərizəçilərin icazəsiz elan edilmiş kütləvi aksiyada iştirak etmələri əsası ilə saxlanılmaları, inzibati qaydada həbs olunmaları və töhmət tədbiri seçilməsi ilə bağlıdır.
Ərizəçilər onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
AİHM-in elan edəcəyi digər qərar Mirzəbəyov və başqları Azərbaycana qarşı işi üzrədir. Bu şikayət məhkəməyə 2019-cu ildə daxil olub.