Tofiq Yaqublu Azərbaycana qarşı
Avropa Insan Haqları Məhkəməsi (AİHM) iyulun 15-də siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə qərarını elan edəcək.
Bu iş T.Yaqublunun 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması ilə bağlıdır. Ərizəçi mayın 24-də müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Suraxanı rayonunda saxlanılıb, inzibati qaydada cərimə edilmişdi. Ertəsi gün Sahil metrosunun yanında oğlu ilə bərabər saxlanılan T.Yaqublu bir gün polisdə saxlanılmış, polisin qanuni əmrinə tabe olmamağa görə yenidən inzibati qaydada cərimə olunmuşdu.
Ərizəçi AİHM qarşısında iddia edir ki, barəsindəki araşdırmalar və qərarlar onun işgəncəyə məruz qalmamaq (Maddə 3), azadlıq və toxunulmazlıq (Maddə 5) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüquqlarına müdaxilə məzmununda olub.