Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, noyabr ayının 14-də Azərbaycanla bağlı 5 qərar və qərardadını elan edəcək.
Əfqan Məmmədov Azərbaycana qarşı
Bu işdə ərizəçi 1962-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Bakı şəhərində yaşayır. Ərizəçi vəkildir, Azərbaycan Vəkillər Kollegiyasının üzvü idi. Məhkəmə işi onun 2013-cü ildə kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlıdır.
Başqa bir vəkili korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə də istintaq orqanlarına vəkil orderi satmaqda ittiham edib Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət etməsindən sonra Ərizəçiyə qarşı intizam işi qaldırılıb. Ərizəçi Rəyasət Heyətinin və onun sədrinin legitimliyini şübhə altına alaraq, intizam icraatında şəxsən iştirak etməkdən imtina edib. Rəyasət Heyəti ərizəçinin hərəkətlərinin vəkil peşə etikası ilə bir araya sığmadığı rəyinə gəlib, milli məhkəmələr də həmin nəticəyə qatılıb.
Xüsusilə Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan ərizəçi iddia edir ki, ona qarşı intizam icraatı və vəkillikdən kənarlaşdırılması onun hüquqlarını pozub. Konvensiyanın 46-cı maddəsinə əsaslanan ərizəçi, Avropa Məhkəməsindən vəkilliyə bərpa olunmasını təmin etməsini istəyib.
Rəhim Vəliyev və Yusif Qarayev Azərbaycana qarşı
Ərizəçilər inzibati qaydada saxlanılıblar. Onlar daha sonra məhkum ediliblər. Yerli məhkəmələr ərizəçilərin barələrindəki inzibati icratın qanunsuzluğu iddialarını rədd ediblər.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 5-ci, 6-cı, 8-ci, 10-cu və 18-ci maddələrinin pozuntusuna yol verildiyini iddia edirlər.
Vüqar Rzalı Azərbaycana qarşı
Məhkəmə işi ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “polis əməkdaşının qanuni əmrini yerinə yetirmədiyinə görə” inzibati qaydada həbs edilməsi ilə bağlıdır.
İşin hallarına görə, ərizəçi Facebook-da paylaşdığı yazılarında yüksək rütbəli polis məmurlarını təhqir etdiyi iddiası ilə polis bölməsinə “dəvət olunub”. Arxasınca gələn polislərlə polis bölməsinə getməməklə onun “polislərin əmrinə tabe olmadığı” iddia olunur.
Cəlilabad Rayon Məhkəməsi 12 iyul 2018-ci il tarixdə ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə günahkar bilib və ona 20 sutkalıq inzibati həbs cəzası verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Konvensiyanın 5-ci, 6-cı və 10-cu maddələrinə əsaslanan ərizəçi ölkədaxili icraatların ədalətsizliyindən və onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.
Məhkəmə noyabr ayının 14-də 4-dən çox ərizə üzrə daha 2 qərarını elan edəcək, ancaq aşağıdakı həmin işlərin detalları haqda məhkəmənin sənədlər bazasında məlumat verilmir:
Əli Kərimli və digərləri Azərbaycana qarşı;
Tofiq Yaqublu və başqaları Azərbaycana qarşı;