Gözlənilən qərar və qərardadlar – 11 may 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 11-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 3 qərarını elan edəcək.

Əsgərova Azərbaycana qarşı

Bu məhkəmə işi mülkiyyət hüququnun pozuntusu iddiası ilə bağlıdır. Ərizəçiyə məxsus əmlak Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən özgəninkiləşdirilib. Ərizəçi iddia edir ki, əmlakının özgəninkiləşdirilməsinə görə, 20%-lik kompensasiya və digər təzminatlar ona ödənilməyib. Yerli məhkəmələr qarşısında qaldırdığı iddialar isə təmin edilməyib.

Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi, mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edildiyindən şikayət edir.

Quliyev və başqaları Azərbaycana qarşı

Hacıyev və Zeynalov Azərbaycana qarşı

İki işin detalları haqqında AİHM-in sənədlər bazasına detallı məlumat daxil edilməyib. Hər iki ərizə hökumətlə 2022-ci ilin sonunda kommunikasiya edilib.