Gözlənilən qərar və qərardadlar – 06 iyun 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 6-da Azərbaycandan göndərilmiş 10-dan çox ərizə ilə bağlı qərar və qərardadlarını elan edəcək.

Anar MƏMMƏDOV Azərbaycana qarşı

Bu işdə Ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur.

Məhkəmə işi məktəb müəlliməsi barəsində yalan olduğu iddia olunan məqalənin başqa medialardan götürülüb, ərizəçi tərəfindən təkrar yayılması ilə bağlıdır. Yerli məhkəmələr ərizəçinin üzərinə həmin məqalənin yayılmasına görə, mülki qaydada təzminat ödəmək vəzifəsi qoyub. Halbuki, maddi zamanda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 62.3-cü maddəsi onu məsuliyyətdən azad edirdi.

Konvensiyanın 6 və 10-cu maddələrinə əsaslanan ərizəçi, daxili məhkəmə araşdırmalarının ədalətsiz olduğunu, və məhkəmə qərarlarının onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.

Əhsən NURUZADƏ və başqaları Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçilərin inzibati qaydada həbs və məhkum edilməsi ilə bağlıdır. Daxili məhkəmələr ərizəçilərin onlara qarşı inzibati xəta haqqında iş üzrə icraatın qanunsuz olması ilə bağlı şikayətlərini təmin etməyiblər.

Ərizəçilər azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edirlər.

Dadaşov Azərbaycana qarşı

Bu məhkəmə işi də ərizəçinin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır.

Ərizəçi azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət hüququna Konvemsiyada nəzərdə tutulanlardan fərqli məqsədlərlə müdaxilə edildiyini (Konvemsiyanın 18-ci maddəsi) iddia edir.

Vüqar ƏLİYEV Azərbaycana qarşı

Bu işdə ərizəçi Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkir. O, AİHM qarşısında ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu mübahisələndirib.

Əhmədov və başqaları Azərbaycana qarşı

Bu işdə 16 ərizəçi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusunu mübahisələndiriblər.

Aşağıdakı işlərin detalları barədə məhkəmənin sənədlər bazasına məlumat daxil edilməyib.

Mahmudov Azərbaycana qarşı;

Talışxanlı və başqaları Azərbaycana qarşı;