Ceyhun CƏFƏROV Azərbaycana qarşı – 12 mart 2018-ci il

Kommunikasiya 12 mart 2018-ci il tarixdə başlamışdır

BEŞİNCİ SEKSİYA

Ərizə № 46446/15
Ceyhun CƏFƏROV Azərbaycana qarşı
Ərizə 15 oktyabr 2015-ci il tarixdə qəbul edilmişdir

FAKTLARIN TƏSVİRİ

Ərizəçi cənab Ceyhun Cəfərov Azərbaycan vətəndaşıdır, 1972-ci ildə ildə doğulub, Bakı şəhərində həbsdədir. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas cənab Cavad Cavadov tərəfindən təsmil olunur.

İŞİN HALLARI

İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi şiə müsəlman ilahiyyatçısıdır, dini ədəbiyyat tərcüməçisi kimi tanınır. O, 10 mart 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinə dəvət olundu və elə orda həbs edildi.

Ərizəçiyə 12 mart 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürüldü. Ərizəçi İranın məxfi xidmət əməkdaşları ilə əməkdaşlıq etməkdə günahlandırılırdı. Elə həmin gün Səbail Rayon Məhkəməsi prokurorun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsasında Ərizəçi barəsində məhkəməyə qədər dörd aylıq həbs tədbiri seçdi. Məhkəmə bu qərarını ittihamın ağırlığı və təqsirləndirilən şəxsin azadlıqda olacağı təqdirdə istintaqdan yayına biləcəyi, ona maneçilik törətmə ehtimalı ilə əsaslandırdı.

Ərizəçi 16 mart 2015-ci il tarixdə həbsinin qanunsuz olmasından şikayət etdi. Özəlliklə, qeyd etdi ki, cinayət əməlini törətməsinə dair heç bir əsaslı şübhə, barəsində həbs qətimkan tədbirinin tətbiqi üçün heç bir qanuni əsas mövcud olmayıb. Bakı Apelyasiya Məhkəməsi 19 mart 2015-ci il tarixdə Ərizəçinin şikayətini rədd etdi, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı.

Ərizəçi 26 may 2015-ci il tarixdə həbs qətimkan tədbirinin ya ev dustaqlığı və ya girov müqabilində sərbəst buraxılması ilə əvəz edilməsi xahişi ilə Səbail Rayon Məhkəməsinə müraciət etdi. 27 may 2015-ci il tarixdə Səbail Rayon Məhkəməsi Ərizəçinin bu müraciətini rədd etdi. Bakı Apelyasiya Məhkəməsi də öz növbəsində 4 iyun 2015-ci il tarixdə həmin qərarı qüvvədə saxladı. Həmin qərar verilən məhkəmə iclası zamanı Ərizəçi zalda metal qəfəsə yerləşdirilmişdi.

Səbail Rayon Məhkəməsi 9 iyul 2015-ci il tarixdə Ərizəçinin həbs qətimkan tədbirini dörd ay uzatdı. Həmin qərarı 21 iyul 2015-ci il tarixdə Apellyasiya Məhkəməsi qüvvədə saxladı.

Ərizəçi 29 oktyabr 2015-ci il tarixdə Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi. məhkəməyə qədər azad edilməsini xahiş etdi. 30 oktyabr 2015-ci il tarixdə Səbail Rayon Məhkəməsi Ərizəçinin tələbini rədd etdi. Apellyasiya Məhkəməsi həmin qərarı 10 noyabr 2015-ci il tarixdə qüvvədə saxladı.

Ərizəçinin məhkəməyə qədər həbs müddəti bir neçə dəfə uzadıldı.

ŞİKAYƏTLƏR

1. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq, məhkəmə zalında metal qəfəsdə tutulmasından şikayət edir.
2. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci, 3-cü və 4-cü bəndlərinə əsaslanaraq, tutulmasının, həbsinin qanunsuz və əsassız olmasından, cinayət əməli törətməsinə əsaslı şübhə olmamasından şikayət edir.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin məhkəmə zalında metal qəfəsdə saxlanılması səbəbindən Konvensiyanın 3-cü maddəsinin tələbləri pozulmuşdumu (bax: Svinarenko və Slyadnev Rusiyaya qarşı [GC], № 32541/08 və 43441/08, §§ 113-139, AİHM 2014)?

2. Ərizəçi azadlıqdan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla məhrum edilmişdimi? Özəlliklə, Ərizəçi 5-ci maddənin 1 (c) bəndinin işığında ağlabatan şübhə əsasındamı tutulmuşdu?

3. Daxili məhkəmələr Ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri üçün saxlanmasına gətrdiyi əsaslar kifayət qədər idimi, müvafiq idimi? Məhkəmələr onun məhkəməyə qədər həbsdə saxlanılmasına alternativ tədbirləri nəzərdən keçirdilərmi?

4. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, Ərizəçinin həbs olunmasının qanuniliyinə etiraz edə bilməsi üçün təsirli prosedurlar mövcud idimi?