Böyük Palata İlqar Məmmədovla bağlı qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası mayın 29-da Azərbaycanla bağlı yeni qərarını açıqlayacaq. Söhbət REAL Hərəkatının rəhbəri Ilgar Mammadov işi ilə baglı növbəti qərardan gedir.

AİHM-in xəbərinə görə, qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında qəbul edilib.

AŞNK müraciətində hesab edib ki, Azərbaycan hökuməti siyasi fəaliyyətini məhdudlaşdırmaq niyyəti ilə həbs etdiyi siyasətçi İlqar Məmmədovu AİHM qərarına rəgmən azad etməyib. Bununla Azərbaycan Avropa Şurasındakı öhdəliklərinin pozuntusuna yol verib.

AİHM tarixində belə məzmunlu qərarı ilk dəfə verir.

İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs edilib, iğtişaşda ittiham olunaraq 7 il həbs cəzası alıb. 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi qalan cəzanı 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edərək, onu həbsdən azad edib.