Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2020-ci ilin birinci yarısı

©aihmaz.org

Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2020-ci ilin birinci yarısı

2020-ci ilin iyun ayına olan bilgilərə görə, hazırda AİHM-də baxılmasını gözləyən şikayətlərin 3,3 faizi Azərbaycanın payına düşür.

Bu kateqoriya üzrə sıralamaya görə, Rusiya 1-ci (ümumi şikayətlərin 22.7 faizi), Türkiyə 2-ci (16,5%), Ukrayna 3-cü (15,3%), Rumıniya 4-cü (13,5%), İtaliya 5-ci (5%), Azərbaycan isə 6-cıdır .

2020-ci ilin iyun ayına olan bilgilərə görə, AİHM indiyə kimi Azərbaycanla bağlı 244 qərar qəbul edib. Hansı ki, həmin qərarlar dövlətin üzərində fərdi və ya ümumi tədbirləri həyata keçirmək öhdəliyi qoyur.