Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2015

©aihmaz.org

Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2015

2015-ci ildə Azərbaycandan AİHM-ə ümumilikdə, 268 şikayət göndərilib.

İl boyunca Azərbaycana qarşı 19 qərar çıxarılıb. Həmin qərarlarda işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, mülkiyyət, seçki, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı hüquqlarının pozuntuları tanınıb.

2015-ci ildə Azərbaycan baxılmasını gözləyən şikayətlərin sayı üzrə AİHM məkanına daxil olan ölkələrin önünə çıxır. Həmin ilin sonunda Azərbaycandan göndərilən 1522 şikayət baxılmasını gözləyirdi. Azəraycan 48 ölkə arasında ilk onluqda idi, AİHM-də baxılmasını gözləyən şikayətlərin hamısının 2.3 faizi Azərbaycanın payına düşürdü.

Bu göstəricidə Ukrayna 21 faizlə, Rusiya 14 faizlə, Türkiyə 13 faizlə ilk 3 ölkə idi.