Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2002-2005

©aihmaz.org

Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2002-2005

Azərbaycanın AİHM yurisdiksiyasını qəbul etdiyi 2002-ci ildə Azərbaycandan bu məhkəməyə 265 şikayət göndərilib. AİHM-in statistik bilgilərinə görə, hətta, yurisdiksiya qəbul edilməzdən öncə də AİHM-ə 100-lərlə şikayət göndərilib.

AİHM-ə Azərbaycandan 2003-cü ildə 266, 2004-cü ildə isə 225 şikayət göndərilib. Həmin il şikayətlərin 200-ü baxılacaq işlərin siyahısından çıxarılıb. 2005-ci ildə AİHM-ə göndərilən 172 şikayətin 120-si baxılacaq işlərin siyahısından xaric olunub. AİHM Azərbaycanla əlaqəli ilk qərarını 2003-cü ildə qəbul edib. 30 yanvar 2003-cü il tarixdə elan edilmiş PERCHENOK against Azerbaijan qərarı ərizənin qəbuledilməzliyi ilə bağlı olub.