Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında ən pis göstəricisiyə malik 5 ölkədən biridir. İcrası nəzarət altında olan aparıcı Məmmədli Qrupu işində də vəziyyət fərqli deyil. Bu qrupa daxil olan işlərdə Məhkəmə Konvensiyasının 5-ci maddəsi ilə yanaşı 18-ci maddənin pozulmasını müəyyən edib ki, bu da hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin cinayət hüququndan sui-istifadə vasitəsilə qisas xarakterli susdurulması kimi narahatlıq doğuran tendensiyanı üzə çıxarır. Bundan sonra isə qərarların icrası üçün Avropa Şurasının Nazirlər Komitəsi ilə hökumət arasında kommunikasiya start götürüb.
Məqalə bu yazışmaları və gedişatı incələyərək Azərbaycan hökumətinin Məmmədli işlər qrupu ilə bağlı məhkəmə qərarlarının icrası yolunda yaratdığı çıxılmaz vəziyyətə diqqət çəkir və hadisələri Azərbaycanın beynəlxalq öhdəlikləri pəncərəsindən təhlil edir. Məqalədə qeyd olunur ki, hakimiyyət bu işlərdə ümumi istəksizliklə yanaşı ərizəçilər arasında seçici ədalət nümayiş etdirib, sistemli şəkildə qərarların icrasını tam, mənalı və vaxtında həyata keçirməkdən yayınıb…
Məqalə ingilis dilindədir – Deadlock in implementation of Mammadli group of cases