Azərbaycanın AİHM yurisdiksiyasını qəbul etdiyi 2002-ci ildə Azərbaycandan bu məhkəməyə 265 şikayət göndərilib. AİHM-ə Azərbaycandan 2003-cü ildə 266, 2004-cü ildə isə 225 şikayət göndərilib. 2005-ci ildə AİHM-ə göndərilən şikayətlərin sayı 172 olub, onlardan və baxılmasını gözləyən şikayətlərin 120-si siyahıdan xaric olunub.
2006-cı ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayında nəzərəçarpan artım müşahidə olunub. Həmin il AİHM-ə göndərilən şikayətlərin sayı 445-dən çox olub. Həmin il şikayətlərin 57-si qəbul edilməz sayılıb və ya başqa əsasla baxılacaq işlərin siyahısından xaric edilib. 2006-cı ilin sonunda AİHM-də ümumilikdə, Azərbaycandan göndərilən 1480 şikayət baxılmasını gözləyirdi.
2007-ci ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayı 708 olmuşdu. Həmin ilin sonunda baxılmasını gözləyən şikayətlərin ümumi sayı 979 idi. 2008-ci ildə şikayətlərin sayında əvvəlki illərlə müqayəsədə xeyli azalma müşahidə olunub – 334 şikayət. Ancaq baxılmasını gözləyən şikayətlərin sayında artım müşahidə olunur – 1051 şikayət.
2009-cu ildə AİHM-ə Azərbaycandan göndərilən şikayətlər 361 olub, baxılmasını gözləyən işlərin ümumi sayı 1104-ə çatıb.
Azərbaycandan AİHM-ə 2010-cu ildə 334, 2011-ci ildə 532, 2012-ci ildə 342, 2013-cü ildə 325 şikayət göndərilmişdi. İlin sonunda baxılmasını gözləyən ümumi şikayətlərin sayı isə 1293 olmuşdu.
2014-cü ildə göndərilən şikayətlərin sayı 403, 2015-ci ildə 268 şikayət göndərilib. 2015-ci ildə Azərbaycan baxılmasını gözləyən şikayətlərin sayı üzrə AİHM məkanına daxil olan ölkələrin önünə çıxır. Həmin ilin sonunda Azərbaycandan göndərilən 1522 şikayət baxılmasını gözləyirdi. Azəraycan 48 ölkə arasında ilk onluqda idi. 2016-cı ildə Azərbaycandan göndərilən, baxılmasını gözləyən şikayətlərin sayı bir qədər də artıb – 1662 şikayət.
Azərbaycandan AİHM-ə 2017-ci ildə 679-dan çox, 2018-ci ildə 313 şikayət göndərilmişdi. 2019-cu ildə isə bu rəqəm 397 olub. Baxılmasını gözləyən şikayətlərin sayına görə, Azərbaycan 1950 şikayətlə AŞ ölkərli arasında 6-cı olub.
2020-ci Azərbaycandan AİHM-ə 525 şikayət göndərilib. Hazırda AİHM-də Azərbaycandan göndərilmiş 2100 şikayət baxılmasını gözləyir.