Azərbaycan AİHM-in qərarlarını necə icra edir?

Press-reliz:

Avropa Şurası üzv olkələrin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına necə yanaşması ilə bağlı ən son bilgiləri paylaşıb. Azərbaycan AİHM qərarlarının icra edilməməsi göstəricisi üzrə Avropa Şurasına daxil olan ölkələr arasında liderlərdəndir.

Azərbaycan AİHM-in ölkəmizlə bağlı çıxardığı qərarların 186-nı icra etməyib. Bu göstərici, Azərbaycanla bağlı AİHM-in çıxardığı bütün qərarların 90 faizidir. Azərbcaycanbu sıralamada 1-ci yerdədir.

Qonşu ölkələr…

Bu statistik cədvəldə 2-ci yerdə Ukrayna gəlir. Ukrayna AİHM-in bu ölkəyə qarşı çıxardığı qərarlardan 910-nu icra etməyib. Bu Ukrayna əleyhinə çıxarılan qərarların 63 faizi deməkdir.

3-cü yerdə digər Rusiya gəlir. Rusiya Avropa İnsan Haqları Məhkəməsinin 1572 qərarını icra etməkdən yayınır. Bu göstərici AİHM-in Rusiya əleyhinə qərarlarının 61 faizi deməkdir.

Statistik bilgilərə görə, Ermənistan qərarların 37, Gürcüstan isə 33 faizini icra etməkdən yayınıb.

Andorra, Danimarka, Monako Knyazlığı və Norveç AİHM qərarlarına ən məsuliyyətlə yanaşan ölkələrdir. Onlar AİHM qərarlarını 100 faiz icra ediblər.

Keçmiş SSRİ ölkələri arasında AİHM qərarlarına ən məsuliyyətlə Estoniya yanaşır – bu ölkə qərarların 98 faizini icra ediblər.