AZƏRBAYCAN: AİHM qərarlarının icrası – Maddə 10

Təqdim etdiyimiz sənəddə AİHM-in Azərbaycanla bağlı Konvensiyanın 10-cu maddəsinin pozuntusunu tanıdığı qərarlarının icra durumu araşdırılıb. Araşdırmalar icra prosesində tərəflərin Avropa Şurası Nazirlər Komitəsi ilə kommunikasiya zamanı təqdim etdiyi məlumatlara və tərəflərdən bilavasitə alınmış məlumatlara əsaslanır.

Sənədin birinci hissəsində AİHM-Azərbaycan münasibətlərinin tarixçəsi, AİHM qərarlarının icra mexanizmlərindən bəhs olunur. İkinci bölmədə AİHM-in Azərbaycanla bağlı ifadə azadlığı hüququnun pozuntusunu tanıdığı işlər haqda ümumi məlumat təqdim edilir.
Üçüncü bölmədə qərarların hər birinin icra durumu haqda məlumatlara yer verilib.
Daha effektiv icra üçün tövsiyyələrdən sonrakı 1-ci əlavədə ifadə azadlığı hüququnun pozuyntusu müəyyən edilən bütün qərarların icmalı təqdim olunub.

HESABATA BAX: MADDƏ 10 AİHM qərarlarının icrası