Analiz
AİHM-in son 7-8 ildə təyin etdiyi təzminatların ümumi məbləği milyardlarla (avro) ölçülür.
AİHM-in statistic bilgilərinə görə, məhkəmə 2011-ci ildə 72 milyon, 2012-ci ildə 176 milyon, 2013-cü ildə 135 milyon avro təzminat müəyyən edib. Təkcə 2014-cü ildə isə AİHM ölkələrin üzərinə ümumilikdə 2 milyard avro təzminat ödəmək yükü qoyub. Bütün ölkələr üzrə təzminatın məbləği 2015-ci ildə 53, 2016-cı ildə 82, 2017-ci ildə isə 60 milyon avro olub.
Qeyd olunan məbləğlərlə müqayisədə AİHM-in Azərbaycan üçün müəyyən etdiyi təzminat yükü iri görünmür. Azərbaycan 2011-ci ildə 310, 2012-ci ildə 308, 2013-cü ildə 293, 2014-cü ildə 289, 2015-ci ildə isə 311 min avro cərimələnib.
Azərbaycan ən çox 2016-17-ci illərdə cərimələnib.
2016-cı ildə AİHM qərarları ilə Azərbaycan dövlətinin üzərinə ərizəçilərə ümumilikdə 815 min, 2017-ci ildə isə 817 min avro təzminat ödəmək vəzifəsi qoyulub.
2018-ci ildə bu məbləğ 186 min, 2019-cu ilin ilk 6 ayında isə 146 min avro olub.