Press-reliz:
Bu gün, sentyabrın 5-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azəbaycandan göndərilmiş 15 şikayət üzrə qərarını elan edib. Ərizəçilər müxalif partiya təmsilçiləri, ictimai-siyasi fəallardır. Onların hamısı 2009-2015-ci illər aralığında müxtəlif aksiyalarda saxlanılıblar, inzibati qaydada cərimələnib, inzibati həbsə məhkum olunublar.
Ərizəçilər Avropa İnsan Haqları Məhkəməsinə şikayətlərində Konvensiya ilə qorunan işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, birləşmək azadlığı və s. hüquqlarının pozulduğunu iddia edirdilər.
Avropa İnsan Haqları Məhkəməsi yekun qərarında hesab edib ki, dövlət Ərizəçilərə münasibətdə onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüquqlarına müdaxilə edib.
Qərara əsasən, dövlət ərizəçilərə təzminat ödəməlidir. Qərardan 3 ay sonra ərizəçilərdən Elçin Həsənova, Nazim Abbaslıya 9 min, Ruslan Nəsirliyə 14 min, Vüqar Rzayevə 7200, Razim Rzayevə 7270, İslam Həsənova 5750, Mübariz Əbdülkərimova 5750, Rauf Əbdülrəhmanlı, Əli Abdullayevə 5500, Rafiq Cəlilova 9200, Türkel Alışova 11 min, Saqif Qurbanova 11 min avro təzminat ödənilməlidir.
Ərizəçilərdən yalnız bir nəfər – Fuad Hacıyevə təzminat ödənilməyəcək. AİHM onun birləşmək hüququnun pozuntusunu tanıyıb, ancaq ərizəçi tərəfi maddi tələb irəli sürməyib.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)