AŞ NK Cəfərli Azərbaycana qarşı qərarının icrasına nəzarəti qapadıb

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarından birinin icrasına nəzarətin qapadılmasına qərar verib. Qərar AŞ NK-nın 1411-ci görüşününü yekununda qəbul edilib. Qərarda Natiq Cəfərli Azərbaycana qarşı işi üzrə qərarın qismən icra edildiyi ifadə edilir.

Qərarda qeyd edilir ki, AİHM qərarı ilə müəyyən edilən təzminatın ödənilməsi də daxil olmaqla, hökumət ərizəçiyə münasibətdə bütün fərdi tədbirləri icra edib.

Ancaq qərarın icrasının tələb etdiyi ümumi tədbirlər hələ də icra edilməyib. AŞ NK ümumi tədbirlər olaraq, hökümətin tənqidçilərinə, vətəndaş cəmiyyəti fəallarına və insan haqları müdafiəçilərinə qarşı cinayət qanunvericiliyindən sui -istifadə probleminin aradan qaldırılmasını, məhkəmə və prokurorluq qurumlarının müstəqilliyinin təmin edilməsini nəzərdə tutur.

AŞ NK ümumi tədbirlərin həyata keçirilməsinə Məmmədli qrupu işi çərçivəsində nəzarəti davam etdirəcək.

QƏRARA KEÇİD