Aksiyada saxlanılan jurnalistin işi – AİHM qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yay tətilindən sonra Azərbaycandan göndərilən şikayətlərlə bağlı ilk qərarını sentyabrın 5-də açıqlayacaq. Qərar Elcin Həsənov və digərlərinin şikayəti ilə bağlı olacaq.

Elcin Həsənov 2006-cı ildə “Azadlıq” qəzetinə dəstək məqsədilə keçirilən aksiyada iştirak edib. Aksiyaya müdaxilə edilib və E.Həsənov digərləri ilə birgə saxlanılıb. O, jurnalist vəsiqəsini təqdim edib, ancaq onun vəsiqəsi əlindən alınıb cırıblar. Yekunda E.Həsənov toplaşmaq qaydalarını pozmaqda günahkar bilinib və məhkəmə qərarı ilə 10 günlüyə inzibati qaydada həbs edilib. Yuxarı məhkəmələr həmin qərarı dəyişməyib.

Şikayət qeyd edilən olay və onun ətrafında cərəyan edən hüquqi prosedurlarla əlaqəlidir.

E.Həsənovun vəkilləri şikayətlərində iddia ediblər ki, onun Konvensiyanın 3, 5, 6, 10 və 11-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə edilib.