AKİMOVA AZƏRBAYCANA QARŞI – Qətnamə CM/ResDH(2019)70


Qətnamə CM/ResDH(2019)70
Avropa İnsan Haqları Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarının icrası ilə bağlı

(Avropa Şurası Nazirlər Komitəsi tərəfindən, nazir müavinlərinin 1343-ci iclasında 4 aprel 2019-cu il tarixdə qəbul edilib)

Ərizə No. 19853/03, AKIMOVA Azərbaycana qarşı

Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin şərtlərinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),

Qeyd olunan işdə Məhkəmə tərəfindən təqdim edilmuş yekun qərarları, müəyyən edilən pozuntuları diqqətə alaraq;

Cavabdeh Dövlətin Konvensiyanın 46.1-cı maddəsinin şərtlərinə uyğun olaraq, tərəf olduğu bütün yekun qərarlara əməl etmək, Məhkəmə tərəfindən müəyyən ediləm təzminatı ödəmək öhdəliklərini xatırladaraq, gərək olduğunda:

– müəyyən edilmiş pozuntulara son qoyulması, həmin pozuntuların nəticələrinin tamamilə aradan qaldırmağa və ya mümkün olduğu qədər məhdudlaşdırmaq üçün fərdi tədbirlər; və
– oxşar pozuntuları önləmək üçün ümumi tədbirləri həyata keçirmək;

Cavabdeh Dövlətin hökumətini yuxarıda göstərilən öhdəliklərə əməl etmək üçün görülən tədbirlər barədə Komitəni bilgiləndirməyə dəvət edərək;

Qərarların icra edilməsi üçün görülən tədbirləri göstərən hökumətin təqdim etdiyi məlumatları araşdıraraq (Əlavə bax);

Məcburi köçkünlərin qanunsuz olaraq zəbt etdikləri digər şəxslərə məxsus mənzilləri boşaltmalarını nəzərdə tutan məhkəmə qərarlarının icra edilməməsi durumlarında gərəkli olan ümumi tədbirlərin Mirzəyev qrupu (Ərizə № 50187/06) çərçivəsində araşdırılmağa davam etdirildiyini xatırladaraq;

46-cı maddənin 1-ci bəndində nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilmiş olmasına əmin olaraq,

Bəyan edir ki, bu məhkəmə işlərində Konvensiyanın 46.2-ci maddəsinə uyğun olaraq, fərdi tədbirlər yerinə yetirilib və

Qərar verir ki, bu məhkəmə işlərinin araşdırılması qapadılır.

© tərcümə – Media Hüququ Qrupu