AİHM şikayəti siyahıdan çıxarıb

©aihmaz.org Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyulun 2-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib. Söhbət Əbdüləhəd Mahmudov Azərbaycana qarşı işi üzrə qərardan gedir.

Əbdüləhəd Mahmudov AİHM-ə şikayətində ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edirdi. O, 2016-cı ildə mülkiyyət hüququ ilə bağlı yerli məhkəmələrin qərarlarının icra edilməməsindən şikayət etmişdi.

Ərizəçi 2020-ci ilin martında AİHM-ə müraciət edib, məlumat verib ki, şikayətini formalaşdıran əsaslar aradan qalxıb – yerli məhkəmə qərarları icra edilib, hökumət ona təzminat ödəyib. Ərizəçi şikayətini geri götürmək istəyini AİHM-ə ifadə edib.

Ərizəçinin müraciətini nəzərə alan AİHM şikayətin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Qərarın Azərbaycan dilində mətni
Qərarın ingilis dilində mətni