AİHM seçki hüququnun pozuntusu iddiası üzrə qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyulun 11-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını açıqlayacaq.

Bu işdə şikayətçilər İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlidir. Onlar Bakı, İmişli və Sumqayıtda 2010-cu ildə parlament seçkilərində iştiraka biraxılmamalarından şikayətçidilər.

İşin faktlarına görə, hər 3 ərizəşi 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində iştirak etmək qərarı veriblər. Ancaq seçki komissiyaları onların topladığı seçici imzalarını saxta hesab edib, namizdliklərini irəli sürməsini əngəlləyib.

Məhkəməyə üz tutan iddialıların şikayəti təmin edilib, məhkəmə onların seçkiyə qatılmalı olmasına qərar verib. Ancaq namizədlik sənədi onlara seçki gününə bir neçə gün qalmış təqdim edildiyindən kampanyta apara bilmədilər. Onların seçkilərin iddialı olduqları dairələrdə ertələnməsi tələbi isə rədd edilib. Bununla belə həmin şəxslər seçkilərdə iştirak ediblər, ancaq seçilə bilməyiblər.

Yekunda Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər. AİHM-ə şikayətdə seçki, səmərəli müdafiə vasitələri hüquqlarının pozuntusu iddia edilir.