AİHM seçki hüququ iddiası üzrə yeni qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 5-də Azərbaycanda seçki hüququnun pozuntusu iddiası üzrə qərarını açıqlayacaq. Söhbət 2010-cu ildə keçirilmiş parlament seçkilərində müxalifətçi namizəd Bəybala Əbilovun şikayəti üzrə açıqlanacaq qərardan gedir.

Bu işin materiallarına görə, ərizəçi Qaradağ rayonundan Milli Miəclisə deputatlığa namizəd olub. Seçki prosesi gedişində yerli məhkəmələr onu seçki təşviqatı qaydalarını pozmaqda günahlandırıb inzibati qaydada cərimələmişdilər. Daha sonra isə Mərkəzi Seçki Komissiyası bunu əsas gətirərək, müxalifətçinin namizdəliyini ləğv etmişdi. Yerli məhkəmələr də MSK-nın həmin qərarından verilmiş şikayətləri təmin etməmişdilər.

Ərizəçi AİHM-dən ona münasibətdə seçki, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusunun tanınmasını xahiş edib.