AIHM – REQLAMENT: QAYDA 48-50

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 48. Dövlətlərarası şikayətlər
Qayda 49. Fərdi şikayətlər
Qayda 50. Böyük Palatada icraat

Qayda 48 (Dövlətlərarası şikayətlər)

1. Şikayət Konvensiyanın 33-cü maddəsinə əsasən verildikdə, bu işə baxmaq üçün təşkil edilmiş Palata öz üzvlərindən birini və ya bir neçəsini məruzəçi hakim qismində təyin edir; onlar Kon- vensiyanın iştirakçısı olan maraqlı dövlətlərin yazılı qeydlərini aldıqdan sonra şikayətin qəbule- dilənliyinə dair məsələ haqqında rəy təqdim edirlər.

2. Məruzəçi hakim (hakimlər) Palataya və onun Sədrinə funksiyalarını yerinə yetirməkdə yardım edə biləcək rəyləri, layihələri və digər sənədləri hazırlayıb təqdim edir.

Qayda 49 (Fərdi şikayətlər)

1. Şikayətçinin təqdim etdiyi materiallar şikayətin qəbuledilməyən olduğu və ya baxılmalı işlərin siyahısından çıxarılmalı olduğu barədə nəticə çıxarmaq üçün yetərli olduqda şikayətə yeganə ha- kim tərəfindən baxılır, bunun əksini tələb edən hər hansı xüsusi səbəbin olduğu hallar istisna təş- kil edir.

2. Şikayət Konvensiyanın 34-cü maddəsinə əsasən verildikdə və şikayətə 53-cü Qaydanın 2-ci bəndinə əsasən onlara həvalə olunmuş funksiyaları həyata keçirən Palata və ya Komitə tərəfin- dən baxılması əsaslı hesab edildikdə, şikayətin göndərildiyi Bölmənin Sədri şikayəti öyrənməyə borclu olan məruzəçi hakimi təyin edir.

3. Məruzəçi hakimlər şikayətin öyrənilməsi prosesində:

(a) tərəflərə təklif edə bilərlər ki, işə aidiyyəti olan hesab etdikləri istənilən faktoloji məlumatları, sənədləri və ya digər materialları müəyyən müddət ərzində təqdim etsinlər;
(b) işə yeganə hakim, yaxud Komitə və ya Palata tərəfindən (əgər Bölmənin Sədri işə Palata və ya Komitə tərəfindən baxılması barədə sərəncam veribsə) baxılmasını müəyyən edirlər.

c) Palataya və ya Komitəyə, yaxud onların Sədrlərinə funksiyalarını yerinə yetirməkdə yardım edə biləcək rəyləri, layihələri və digər sənədləri hazırlayıb təqdim edirlər.

Qayda 50 (Böyük Palatada icraat)

Konvensiyanın 30-cu və ya 43-cü maddəsi ilə nəzərdə tutulan qaydada iş Böyük Palataya göndə- rildikdə, Böyük Palatanın Sədri bu Palatanın bir üzvünü, dövlətlərarası şikayətə baxıldıqda isə bir və ya daha artıq üzvünü məruzəçi hakim (hakimlər) qismində təyin edir.