AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ
Qayda 15. Katibin seçilməsi
Qayda 16. Katibin müavinlərinin seçilməsi Qayda 17. Katibin vəzifələri
Qayda 18. Katibliyin təşkili Qayda 18A. Referentlər
Qayda 15 (Katibin seçilməsi)
1. Məhkəmənin Katibi Məhkəmənin plenar iclasında seçilir. Namizədlər yüksək əxlaqi keyfiy- yətlərə malik olmalı və onların həmin vəzifə ilə bağlı funksiyaları yerinə yetirmək üçün zəruri olan hüquqi, inzibati və linqvistik bilikləri və təcrübələri olmalıdır.
2. Katib beş il müddətinə seçilir və yenidən seçilə bilər. Katib yalnız o halda vəzifədən kənarlaş- dırıla bilər ki, plenar iclasda Məhkəmənin üzvləri vəzifədə olan seçilmiş hakimlərin üçdə iki səs çoxluğu ilə belə qərar qəbul etsinlər ki, artıq o, zəruri tələblərə cavab vermir. Bundan əvvəl o, Məhkəmənin plenar iclasında dinlənilməlidir. İstənilən hakim vəzifədən kənarlaşdırma prosedu- rasına başlanılması təşəbbüsünü qaldırmağa haqlıdır.
3. Bu Qaydada göstərilən seçkilər gizli səsvermə yolu ilə keçirilir; səsvermədə yalnız həmin vaxt orada olan seçilmiş hakimlər iştirak edirlər. Hakimlərdən heç biri səsvermədə iştirak edən seçil- miş hakimlərin mütləq səs çoxluğunu əldə edə bilmirsə, seçkilər daha çox səs almış iki hakim arasında keçirilir. Səslər bərabər bölündükdə, birincisi, əgər qadın namizəd varsa, ona, ikincisi, yaşca böyük olan namizədə üstünlük verilir.
4. Vəzifəsinə başlamamışdan əvvəl Katib Məhkəmənin plenar iclasında Məhkəmə qarşısında, yaxud zəruri olduqda Məhkəmənin Sədri qarşısında aşağıdakı andı içir və ya təntənəli bəyanatı söyləyir:
“And içirəm ki,” (yaxud “Təntənəli surətdə bəyan edirəm ki,”) “üzərimə qoyulan Avropa İnsan Hüquqları Məhkəməsinin Katibinin vəzifələrini sədaqətlə, düşüncə ilə və vicdanla yeri- nə yetirəcəyəm”.
Bu akt barəsində protokolda qeyd edilir.
Qayda 16 (Katibin müavinlərinin seçilməsi)
1. Məhkəmə bundan əvvəlki qaydada nəzərdə tutulan tələblərə, prosedura və müddətlərə uyğun olaraq, plenar iclasda Katibin iki müavinini də seçir. Onlar vəzifədən kənarlaşdırılarkən Katib üçün nəzərdə tutulan qayda tətbiq edilir. Hər iki məsələ ilə bağlı Məhkəmə qabaqca Katiblə məs- ləhətləşir.
2. Vəzifəsinə başlamamışdan əvvəl Katibin müavini Məhkəmənin plenar iclasında Məhkəmə qarşısında, yaxud zərurət olduqda Məhkəmənin Sədri qarşısında, Katib üçün nəzərdə tutulan qaydaya analoji olaraq, and içir və ya təntənəli surətdə bəyanat verir. Bu akt barəsində protokol- da qeyd edilir.
Qayda 17 (Katibin vəzifələri)
1. Katib Məhkəmənin öz funksiyalarını yerinə yetirməsində ona kömək edir və Məhkəmənin Sədrinin rəhbərliyi altında Katibliyin təşkilinə və fəaliyyətinə görə məsuliyyət daşıyır.
2. Katib Məhkəmənin arxivlərini saxlayır və elə bir vasitəçidir ki, Məhkəmə onun vasitəsi ilə əlaqələri həyata keçirir, baxılmaq üçün təqdim edilən və ya təqdim edilməli olan işlər üzrə bütün məlumatları və bildirişləri göndərir və ya qəbul edir.
3. Katib, onun vəzifəsinin tələb etdiyi diqqətliliyə əməl etməklə, Məhkəmənin işi haqqında infor- masiya təqdim etmək barədə sorğulara, məsələn, mətbuatın sorğularına cavab verir.
4. Katibliyin işi Katibin tərtib etdiyi və Məhkəmənin Sədrinin bəyəndiyi ümumi təlimatlarla tən- zimlənir.
Qayda 18 (Katibliyin təşkili)
1. Katiblik Məhkəmənin təşkil etdiyi Bölmələrin sayı qədər Bölmə Katibliklərindən, habelə böl- mələrdən ibarətdir; onlar Məhkəməyə xidmət göstərmək üçün zəruri olan hüquqi və inzibati xa- rakterli funksiyaları yerinə yetirirlər.
2. Bölmənin Katibi Bölmənin öz funksiyalarını yerinə yetirməsində ona kömək edir və Bölmə Katibinin müavini bu işdə ona kömək edə bilər.
3. Katibin və onun müavinlərinin vəzifələri istisna olmaqla, Katiblikdə vəzifələrə təyin etmə Məhkəmənin Sədrinin və ya Sədrin təlimatları əsasında hərəkət edən Məhkəmənin Katibinin ra- zılığı ilə, Avropa Şurasının Baş Katibi tərəfindən həyata keçirilir.
Qayda 18A (Referentlər)
1. İşə yeganə hakim tərəfindən baxıldıqda Məhkəməyə Məhkəmə Sədrinin rəhbərliyi altında fəa- liyyət göstərən referentlər köməklik edir. Onlar Məhkəmə Katibliyinin tərkibinə daxildirlər.
2. Referentlər Katibin təklifi ilə Məhkəmənin Sədri tərəfindən təyin olunurlar.