AIHM – REQLAMENT: QAYDA 106-109

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 106. Məhkəmə ilə Komissiya arasında münasibətlər
Qayda 107. Palatada və Böyük Palatada icraat
Qayda 108. Hüquq yardımı ilə təmin edilmə
Qayda 109. Qərara yenidən baxılması haqqında müraciət

Keçmiş 97-ci və 98-ci Qaydalar çıxarılıb

Qayda 106 (keçmiş 99-cu Qayda) (Məhkəmə ilə Komissiya arasında münasibətlər)

1. Konvensiyanın 11 saylı Protokolunun 5-ci maddəsinin 4-cü və 5-ci bəndlərinə əsasən Məhkə- məyə verilmiş işlər üzrə icraat zamanı Məhkəmə Komissiyaya təklif edə bilər ki, öz üzvlərindən birinə və ya bir neçəsinə Məhkəmədə işə baxılmasında iştirak etmək səlahiyyəti versin.

2. Bundan əvvəlki bənddə qeyd edilən işlər üzrə icraat zamanı Məhkəmə Konvensiyanın keçmiş 31-ci maddəsinə uyğun olaraq Komissiyanın qəbul etdiyi məruzəni nəzərə alır.

3. Palatanın Sədri başqa cür qərar qəbul etməyibsə, həmin məruzə tanışlıq üçün açıq olur və onunla tanışlıq iş Məhkəməyə veriləndən sonra mümkün qədər tez bir zamanda Katib vasitəsi ilə həyata keçirilir.

4. Palatanın Sədri başqa cür qərar qəbul etməyibsə, 11 saylı Protokolun 5-ci maddəsinin 2-5-ci bəndlərinə əsasən Komissiyanın Məhkəməyə verdiyi işlərin qalan materialları, çəkişmə sənədləri də daxil olmaqla, konfidensial saxlanılır.

5. Barəsində Komissiyanın sübutlar topladığı, lakin Konvensiyanın keçmiş 31-ci maddəsi ilə nə- zərdə tutulan məruzəni qəbul etmədiyi işlər üzrə icraat zamanı Məhkəmə stenoqrafik hesabatları, sənədləri və araşdırmaların nəticələrinə əsasən Komissiyanın nümayəndə heyətlərinin gəldiyi rəyləri nəzərə alır.

Qayda 107 (keçmiş 100-cü Qayda) (Palatada və Böyük Palatada icraat)

1. Konvensiyanın 11 saylı Protokolunun 5-ci maddəsinin 4-cü bəndinə əsasən Məhkəməyə veri- lən işlərlə bağlı 24-cü Qaydanın 5-ci bəndinə uyğun olaraq yaradılmış Böyük Palatanın kollegi- yası yalnız işin materiallarına əsaslanmaqla, həmin işə Palatada və yaxud Böyük Palatada baxıl- malı olduğunu müəyyən edir.

2. İşə Palatada baxılırsa, 11 saylı Protokolun 5-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, onun qərarı qəti sayılır və 73-cü Qayda tətbiq edilmir.

3. Məhkəmənin Sədri 11 saylı Protokolun 5-ci maddəsinin 5-ci bəndinə əsasən Məhkəməyə ve- rilmiş işləri Böyük Palataya göndərir.

4. 11 saylı Protokolun 5-ci maddəsinin 5-ci bəndinə əsasən Böyük Palataya verilmiş hər bir iş üzrə icraatı aparmaq üçün Böyük Palatanın heyəti 24-cü Qaydanın 3-cü bəndində göstərilən qruplardan birinə daxil olan hakimlər arasından növbəlilik qaydasında təyin edilmiş hakimlərin hesabına tamamlanır; özü də işlər qruplar arasında növbə ilə bölüşdürülür.

Qayda 108 (keçmiş 101-ci Qayda) (Hüquq yardımı ilə təmin edilmə)

Konvensiyanın 11 saylı Protokolunun 5-ci maddəsinin 2-5-ci bəndlərinə əsasən Məhkəməyə ve- rilmiş işlərin icraatı zamanı, 96-cı Qaydanın müddəaları nəzərə alınmaqla, Komissiyada və ya keçmiş Məhkəmədə iş üzrə icraat zamanı göstərilmiş hüquq yardımının əvəzini ödəməkdən şika- yətçinin azad edilməsi onun Məhkəmədə nümayəndə ilə təmsil olunmasına münasibətdə qüvvə- sini saxlayır.

Qayda 109 (keçmiş 102-ci Qayda) (Qərara yenidən baxılması haqqında müraciət)

1. İş üzrə tərəf keçmiş Məhkəmənin çıxardığı qərarın şərh edilməsi və ya ona yenidən baxılması haqqında xahişlə müraciət etdikdə, Məhkəmənin Sədri xahişə baxmağı 51-ci və ya 52-ci Qayda- larda göstərilmiş müvafiq hallar üçün nəzərdə tutulan şərtlərə uyğun olaraq, Bölmələrdən birinə tapşırır.

2. Müvafiq Bölmənin Sədri 80-ci qaydanın 3-cü bəndinin müddəalarından asılı olmayaraq, xahi- şə baxılması üçün yeni Palata təşkil edir.

3. Təşkil edilmiş Palatanın tərkibinə ex officio üzvlər qismində aşağıdakılar daxil edilir:

a) Bölmənin Sədri

habelə müvafiq Bölmənin üzvü olub-olmamasından asılı olmayaraq:

b) Konvensiyanın iştirakçısı olan hər hansı maraqlı dövlətdən seçilmiş hakim; o, iclasda iştirak edə bilmədikdə isə, 29-cu Qaydaya əsasən təyin edilmiş hakim;

c) keçmiş Məhkəmədə qərar çıxarmış Palatanın ilkin tərkibinə daxil olmuş hər hansı Məhkəmə üzvü.

4. (a) Palatanın digər üzvlərini Bölmənin Sədri müvafiq Bölmənin üzvləri sırasından püşkatma yolu ilə təyin edir.

b) həmin qaydada təyin edilməyən Bölmə üzvləri bu iş üzrə ehtiyat hakimlər sayılırlar.