AIHM – REQLAMENT: QAYDA 19-23

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 19. Məhkəmənin yerləşdiyi yer
Qayda 20. Məhkəmənin plenar iclasları
Qayda 21. Məhkəmənin digər iclasları
Qayda 22. Hakimlərin müşavirəsi
Qayda 23. Səsvermə
Qayda 23A. Hakimlərin susmaqla razılaşması yolu ilə qərarların qəbulu

Qayda 19 (Məhkəmənin yerləşdiyi yer)

1. Avropa Şurasının yerləşdiyi yer – Strasburq şəhəri Məhkəmənin yerləşdiyi yerdir. Lakin Məh- kəmə məqsədəuyğun hesab edərsə, öz funksiyalarını hər hansı başqa yerdə – Avropa Şurasının üzvü olan dövlətlərin ərazisində yerinə yetirə bilər.

2. Məhkəmə şikayətə baxılmasının istənilən mərhələsində Məhkəmənin, yaxud onun bir və ya bir neçə üzvünün araşdırma aparmasının, yaxud istənilən başqa funksiyanı yerinə yetirməsinin zəruriliyi haqqında qərar çıxara bilər.

Qayda 20 (Məhkəmənin plenar iclasları)

1. Məhkəmə Sədrinin Konvensiya ilə və bu Reqlamentlə nəzərdə tutulan vəzifələri bunu tələb et- dikdə, Məhkəmənin plenar iclasları Məhkəmənin Sədri tərəfindən çağırılır. Məhkəmənin Sədri Məhkəmə üzvlərinin azı üçdə birinin tələbi ilə, lakin istənilən halda ildə azı bir dəfə inzibati mə- sələlərə baxmaq üçün plenar iclas çağırır.

2. Vəzifədə olan seçilmiş hakimlərin sayının üçdə ikisi Məhkəmənin plenar iclasında yetərsay təşkil edir.

3. Yetərsay olmadıqda, Sədr iclası təxirə salır.

Qayda 21 (Məhkəmənin digər iclasları)

1. Böyük Palata, Palatalar və Komitələr daimi əsasda işləyirlər. Bununla belə, Sədrin təklifi ilə Məhkəmə hər il sessiyaların müddətlərini müəyyən edir.

2. Həmin müddətlərdən kənar müddətdə Böyük Palata və Palata, təcili ehtiyac olduqda, onların Sədrləri tərəfindən çağırılır.

Qayda 22 (Hakimlərin müşavirəsi)

1. Məhkəmə bağlı qapılar arxasında müşavirə keçirir. Müşavirələrin məzmunu gizli saxlanılır.

2. Müşavirələrdə yalnız hakimlər iştirak edirlər. Katibin və ya onu əvəz edən şəxsin iştirakına, habelə iştirak etmələri zəruri hesab edilən Katibliyin əməkdaşlarının və tərcüməçilərin iştirakına yol verilir. Başqa şəxslər yalnız Məhkəmənin xüsusi qərarı ilə müşavirəyə buraxıla bilərlər.

3. Məhkəmədə hər hansı məsələ üzrə səsvermə keçirilməzdən əvvəl Sədr hakimlərə təklif edə bilər ki, həmin məsələyə aid fikirlərini bildirsinlər.

Qayda 23 (Səsvermə)

1. Məhkəmə qərarları iclasda iştirak edən hakimlərin səs çoxluğu ilə qəbul edir. Səslər bərabər bölündükdə təkrar səsvermə keçirilir, əgər səslər yenə də bərabər bölünərsə, Sədrin səsi həlledici olur. Bu bənd o halda tətbiq edilir ki, bu Reqlamentdə başqa hal nəzərdə tutulmasın.

2. Böyük Palatanın və Palataların qərar və qərardadları məhkəmə iclasındakı hakimlərin sayına əsasən səs çoxluğu ilə qəbul edilir. Şikayətin qəbuledilənliyi və mahiyyəti üzrə yekun səsvermə- də hakimlərin bitərəf qalmasına yol verilmir.

3. Ümumi qaydaya əsasən, səsvermə əli qaldırmaqla həyata keçirilir. Sədr birincilik qaydasının əksinə olan qaydada, adbaad səsvermə apara bilər.

4. Səsverməyə çıxarılan istənilən məsələ dəqiq şəkildə ifadə edilməlidir.

Qayda 23A (Hakimlərin susmaqla razılaşması yolu ilə qərarların qəbulu)

1. Məhkəmənin iclasda nəzərdə tutulanlardan kənar hər hansı prosessual məsələni və ya digər məsələni həll etməsi zərurəti yarandıqda, Sədr hakimlər arasında qərar layihəsinin paylanması barədə sərəncam verə və qərar layihəsi ilə bağlı onların şərhlərini təqdim etmələri üçün müddəti müəyyən edə bilər. Müddət başa çatana qədər hər hansı hakim etirazını bildirmədikdə təklif qə- bul edilmiş sayılır.