AİHM qərarlarının icrasına dəstəkləməklə ifadə azadlığının qorunması

ENG

Avropa İcra Şəbəkəsi (EIN) ilə onun Avropa Şurasına üzv dövlətlərdə ifadə azadlığının qorunmasına yönəlmiş yeni layihəsində əməkdaşlıqdan məmnunuq. Benefisiar kimi bu layihənin iştirakçısı olaraq, səylərimizi bu fundamental hüququn təşviqinə və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının səmərəli icrasına, eləcə də Azərbaycanda azad sözün effektiv qorunmasına yönəlmiş fəaliyyətlərin təbliğinə həsr edirik.

İfadə azadlığı hüququnun pozuntuları Avropa dövlətlərində demokratik geriləmə böhranının mərkəzinə çevrilib. Demokratiyaların sağlam işləyişinin, məhkəmə prosesləri vasitəsilə jurnalistləri susduran sərt diffamasiya qanunları, media orqanlarına dövlətin hədsiz sahiblənməsi ilə azad müzakirələrə xələl gətirilməsi kimi amillərin, eləcə də mediaların, jurnalistlərin zorakılığa məruz qalmasının yayğınlaşmasının kombinasiyası tərəfindən pozulmasına və bəzən də məhdudlaşdırldığına şahid oluruq.

AİHM, belə təcili, aktual problemləri çözmək məqsədilə hazırda ifadə azadlığı hüququnun pozuntusunu müəyyən edən 300-ə yaxın aparıcı qərar çıxarıb. Bununla yanaşı, AİHM-in son 10 ildə ifadə azadlığı hüququnun pozuntuları ilə bağlı aparıcı qərarların 50%-nin hələ də icrasını gözlədiyini qeyd etmək, əndişəvericidir. Hazırda AİHM-nin ifadə azadlığı ilə bağlı icrasını gözləyən 100-dən çox aparıcı qərarı var.

EIN və digər tərəfdaşlarla birlikdə biz bütün Avropada ifadə azadlığını və demokratik dəyərləri müdafiə etməyə sadiqik. Biz AİHM qərarlarının icrası prosesinə fəal qatılımla, qitə miqyasında azad sözü qoruyan və təşviq edən qalıcı islahatlar yaratmağı hədəfləyirik. Daha əhatəli və demokratik cəmiyyət üçün çalışarkən bizi izləyin.