Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2011-2021-ci illərdə (sentyabr ayınadək) qəbul etdiyi qərarlar üzrə müəyyən etdiyi ədalətli əvəzin ümumi məbləği 3 milyard avroya yaxındır.
Son 10 ildə ən yüksək məbləğ Rusiyaya qarşı çıxarlan qərarlarla müəyyən edilib. Qərarlarla Rusiya hökumətinin üzərinə ərizəçilərə ümumilikdə, 1,9 milyard avro təzminat ödəmək vəzifəsi qoyulub.
Bu kateqoriya üzrə ikinci sırada İtaliya gəlir – 293 miyon avro. Üçüncü sıradakı Türkiyə dövlətinin üzərinə ərizəçilərə 205 miyon avro təzminat ödəmək vəzifəsi qoyulub.
Azərbaycanla bağlı son 10 ildə çıxarılan qərarlar, ərizəçilərə 5,4 milyon avro təzminat ödənilməsini nəzərdə tutur. İllər üzrə ən yüksək məbləğ 2017-ci ildə qeydə alınıb. Həmin il AİHM-in elan etdiyi qərarlar, ərizəçilərə 817 min avrodan artıq təzminatın ödənilməsini nəzərdə tuturdu.
AİHM, 2011-2021-ci illərdə ən az təzminat məbləğini Lüksemburq, Lixtenşteyn, Monakoya qarşı qəralarında müəyyən edib – cəmi 69 min 500 avro.
1. Rusiya – 1 milyard 985 milyon;
2. İtaliya – 293,3 milyon;
3. Türkiyə – 205,3 milyon;
4. Rumıniya – 71,8 milyon;
5. Albaniya – 56,6 milyon;
6. Ukrayna – 51,5 milyon;
7. Yunanıstan – 28 milyon;
8. Macarıstan – 23,6 milyon;
9. Fransa – 23,5 milyon;
10. Slovakiya – 17,8 milyon;
11. Portuqaliya – 16,6 milyon;
12. Moldova – 9,6 milyon;
13. Kipr – 9 milyon;
14. Serbiya – 8,8 milyon;
15. Polşa – 7,3 milyon;
16. Malta – 7,2 milyon;
17. Bolqarıstan – 6,3 milyon;
18. Azərbaycan – 5,4 milyon;
19. Monteneqro – 5,3 milyon;
20. Ermənistan – 3,8 milyon;
21. Xorvatiya – 3,7 milyon;
22. Birləşmiş Krallıq – 3 milyon;
23. Almaniya – 2,4 milyon;
24. Makedoniya – 2,3 milyon;
25. Bosnya – 2,2 milyon;
26. Latviya – 1,9 milyon;
27. İspaniya – 1,8 milyon;
28. Litva 1,8 – milyon;
29. Belçika – 1,6 milyon;
30. Sloveniya – 1,5 milyon;
31. Gürcüstan – 1,2 milyon;
32. Avstriya – 1 milyon;
33. Çexiya – 854 min;
34. İsveçrə – 833 min;
35. Norveç – 755 min;
36. Finlandiya – 478 min;
37. İrlandiya – 438 min;
38. Estoniya – 422 min;
39. Hollandiya – 401 min;
40. İslandiya – 360 min;
41. İsveç – 318 min;
42. Danimarka – 287 min;
43. San Marino – 113 min;
44. Andorra – 46 min;
45. Lüksemburq – 43 min;
46. Lixtenşteyn – 16 min;
47. Monako – 10,5 min;