Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş iki şikayəti araşdırmağa başlayıb. Araşdırılmağa başlanan işlərdə ərizəçilər alim Hümeyir Hüseynov və jurnalist Natiq İsbatovdur.
Hər iki ərizəçi ölkədən çıxışlarına qadağa qoyulmasından şikayət edirlər. Şikayətlərində iddia edirlər ki, onlara tətbiq edilən qadağalar Avropa Konvensiyasının hərəkət azadlığı hüququnu təminat altına alan müddəalarına ziddir.
AİHM hökumətə ünvanladığı suallarında, tətbiq edilən səyahət qadağasının hüquqi aspektlərinin əsaslandırılmasını istəyir.