AİHM növbəti seçki hüququnun pozuntusunu tanıdı

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 5-də seçki hüququnun pozuntusunu edən Bəybala Əbilin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda iddia olunan pozuntular tanınıb, hökumətin üzərində ərizəçiyə təzminat ödəmək vəzifəsi qoyulub.

Bu işdə söhbət 2010-cu ildə keçirilmiş parlament seçkilərində müxalifətçi namizəd Bəybala Əbilovun şikayəti üzrə qərardan gedir.

AİHM öz qərarında hesab edib ki, B.Əbilovun seçki hüququ pozulub. Hökumət ona 5959 avro (4500+1459 hüquq məsrəfləri) təzminat ödəməlidir.

Bu qərar AİHM-in Bəybala Əbilovla bağlı qəbul etdiyi ikinci qərardır. O, 2005-ci ildə də Qaradağdan deputatlığa namizəd olmuşdu. MSK namizdəliyini ləğv etmişdi. AİHM 2012-ci ildə onun seçki hüququna müdaxilə edilməsinə qərar vermiş, hökuməti 9100 avro cərimələmişdi.

İşin tarixçəsi

B.Əbilov işinin materiallarına görə, ərizəçi Qaradağ rayonundan Milli Miəclisə deputatlığa namizəd olub. Seçki prosesi gedişində yerli məhkəmələr onu seçki təşviqatı qaydalarını pozmaqda günahlandırıb inzibati qaydada cərimələmişdilər. Daha sonra isə Mərkəzi Seçki Komissiyası bunu əsas gətirərək, müxalifətçinin namizdəliyini ləğv etmişdi. Yerli məhkəmələr də MSK-nın həmin qərarından verilmiş şikayətləri təmin etməmişdilər.

Ərizəçi AİHM-dən ona münasibətdə seçki, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusunun tanınmasını xahiş edirdi.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)