Press-reliz, 31 yanvar 2019-cu il
Avropa İnsan Haqları Məhkəməsi yanvarın 31-də yazılarına görə məhkum edilmiş jurnalist Fuad Hüseynovun şikayəti üzrə qərarını elan edib. Jurnalistin şikayəti həbsdəykən mülki qaydada cərimələnməsi ilə bağlı idi.
AİHM jurnalistin şikayətini qəbuledilməz elan edib. Məhkəmə hesab edib ki, həbsdə olan jurnalistin mülki qaydada cərimələnməsi Konvensiyanın 6-cı maddəsinə uyğun olub.
F.Hüseynov yazılarına görə böhtan və təhqir ittihamı ilə həbs edilmiş, daha sonra əfv edilmişdi. Həbsdəykən ona qarşı xüsusi ittiham qaydasında şikayət etmiş şəxs, jurnalistin azadlıqdan məhrum edilməsini, günahkar bilindiyini də əsas göstərərək, F.Hüseynova mülki məhkəmə davası açmışdı. Jurnalist həmin mülki iş üzrə dəymiş maddi-mənəvi zərərə görə 5 min manat cərimə edilmişdi.
F.Hüseynov AİHM-ə şikayətində iddia edirdi ki, mülki qaydada cərimələnməsi ilə bağlı məhkəmə prosesi Konvensiyanın 6-cı maddəsinə uyğun olmayıb. Ərizəçi bildirib ki, ona məhkəmə işi barədə qanuna uyğun olaraq bilgi verilməyib, məhkəmədə iştirakı təmin edilməyib və bununla da Konvensiyanın 6-cı maddəsinin pozuntusuna (məhkəmədə şəxsən və ya qanuni nümayəndəsi vasitəsilə iştirak etməyə imkan yaradılmaması) yol verilib.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)