AİHM-in Azərbaycanla bağlı qərarları: pozuntusu daha çox tanınan hüquqlar – Seçki hüququ

©aihmaz.org

AİHM-in Azərbaycanla bağlı qərarları: pozuntusu daha çox tanınan hüquqlar – Seçki hüququ (30.01.2020)

AİHM-in 2020-ci ilin əvvəlinə olan bilgilərinə görə, Azərbaycanla bağlı yaşamaq hüququ 10, işgəncəyə məruz qalmamaq hüququ 35, azadlıq və toxunulmazlıq hüququ 61, ədalətli məhkəmə araşdırması hüququ 91, şəxsi və ailə həyatının toxunulmazlığı hüququ 5, düşüncə, din azadlığı hüququ 1, ifadə azadlığı hüququ 6, birləşmək hüququ 34, səmərəli hüquq müdafiə vasitələri hüququ 8, mülkiyyət hüququ 34, seçki hüququ 25 qərarda tanınıb. 27 qərarda digər hüquqların pozuntusu təsbit edilir . Azərbaycan bəzi hüquq pozuntuları üzrə AİHM yurisdiksiyası altında olan bütün ölkələri qabaqlayır.

Seçki hüququ – AİHM Azərbaycanla bağlı 25 qərarında seçki hüququnun pozuntusunu tanıyıb. Sonrakı yerdə pozuntunu tanıyan 17 qərarla İtaliya gəlir. Sonrakı ölkə Türkiyədəir – AİHM bu ölkəyə qarşı çıxarıdğı qərarlardan 11-də seçki hüququnun pozuntusunu tanıyıb. Bundan başqa, seçki hüququnun pozuntusu iddia edilən Rəşid Mansurov, Elçin Behbudov, Həsən Kərimov, Rəsul Quliyev, İsa Qəmbər, Fuad Mustafayev, Elçin Rzayev, Eldar Namazov, Yaqub Məmmədov, Mirmahmud Fəttayev, İsmayıl Səlimov, Xaləddin İbrahimli, Solmaz Rüstəmova Azərbaycana qarşı işləri dostca anlaşma və ya təktərəfli deklarasiya təqdim olunması yolu ilə qərardan öncə həll edilib. Həmin işlərdə ərizəçilrə Nemət Əliyev Azərbaycana qarşı qərarının işığında ədalətli əvəz ödənilib, işlərin bir çoxunda hökumət seçki hüququnun pozuntusunu etiraf edib.