©aihmaz.org
AİHM-in Azərbaycanla bağlı qərarları: pozuntusu daha çox tanınan hüquqlar – 18-ci maddə
AİHM-in 2020-ci ilin əvvəlinə olan bilgilərinə görə, Azərbaycanla bağlı yaşamaq hüququ 10, işgəncəyə məruz qalmamaq hüququ 35, azadlıq və toxunulmazlıq hüququ 61, ədalətli məhkəmə araşdırması hüququ 91, şəxsi və ailə həyatının toxunulmazlığı hüququ 5, düşüncə, din azadlığı hüququ 1, ifadə azadlığı hüququ 6, birləşmək hüququ 34, səmərəli hüquq müdafiə vasitələri hüququ 8, mülkiyyət hüuqu 34, seçki hüququ 25 qərarda tanınıb. 27 qərarda digər hüquqların pozuntusu təsbit edilir . Azərbaycan bəzi hüquq pozuntuları üzrə AİHM yurisdiksiyası altında olan bütün ölkələri qabaqlayır.
Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri (Maddə 18) – AİHM tarixində cəmi 18 qərarında Konvensiyanın 18-ci maddənin pozuntusunu tanıyıb. Həmin qərarlardan 9-u Azərbaycana qarşı çıxarılıb. Yunusova və Yunusov Azərbaycana qarşı, Xədicə İsmayılova Azərbaycana qarşı, İbrahimov və Məmmədov Azərbaycana qarşı, Natiq Cəfərov Azərbaycana qarşı, İntiqam Əliyev Azərbaycana qarşı, Həsənov və digərləri Azərbaycana qarşı, Anar Məmmədli Azərbaycana qarşı, Rəsul Cəfərov Azərbaycana qarşı, İlqar Məmmədov Azərbaycana qarşı işlərində AİHM ümumilikdə, 14 ərizəçiyə münasibətdə Konvensiyanın 18-ci maddəsinin pozuntusuna yol verilməsinə qərar verib. Yerdə qalan 9 qərarın 3-ü Rusiyaya, 2-si Ukraynaya, 2-si Türkiyəyə, 1-i Gürcüstana, 1-i Moldovaya qarşı çıxarılıb.
19.09.2020