AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (iyun, 2022) icmal

Iyun ayında Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 18 şikayət üzrə baxışı yekunlaşdırıb. Elan edilmiş 14 qərarda iddia edilən pozunbtuların əksəriyyəti tanınıb. Həmin qərarlara görə, ərizəşilərə 50 min avrodan artıq təzminat ödənilməlidir.

Avropa Məhkəməsi Rövşən Əhmədli, Adil Dadaşov və Tural Hacıbəyli Azərbaycana qarşı işlərində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşırması hüququnun pozuntusunu tanıyıb. İnzibati qaydada həbs edilən Rövşən Əhmədlinin işində milli məhkəmə qərarlarının əsaslandırlmadığı qənaətinə gələn Məkəmə, bu qənaətini Dadaşov və Hacıbəyli Azərbaycana qarşı qərarlarında da təkrarlayıb. Məhkəmə üstəlik, inzibati qaydada həbs edilən Dadaşov və Hacıbəyliyə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun da pozulduğuna qərar verib. Məhkəməyə qədər həbs qərarlarının qanunsuzluğu məsələsi qaldırılan Fikrət İbişbəyli Azərbaycana qarşı işində də AİHM milli məhkəmələrin həbsin zərurliyini əsaslandıra bilmədiyi, azadlıq və toxunulmazlıq hüququnu pozduğu qənaətinə gəlib.

Azadlıq qəzeti və Qənimət Zayidov Azərbaycana qarşı işində ifadə azadlığı hüququnun pozuntusu mübahisələndirilmişdi. Bu iş yayılmış məqalələrə görə, ərizəçilərə qarşı qaldırlmış mülki məhkəmə iddiaları, həmin iddialar üzrə çıxarılmış məhkəmə qərarları ilə bağlı idi. Sözügedən məqalələrdə yükəsk rütbəli məmurun və onun qohumlarının əmlaklarından, futbol klubundan, torpaq sahələrindən, restoran və müxtəlif ticarət müəssisələrindən bəhs edilir, onların korrupsiya yolu ilə əldə edildiyi iddia olunurdu. Qəzet və baş redaktor təxminən 15 il əvvəl həmin məqalələrə görə, 65 min manat cərimə edilmişdi. AİHM bu müdaxilənin qəzetn və jurnalistin ifadə azadlığı hüququna müdaxilə məzmunda olması, müdaxilənin əsaslandırılmaması və qeyri-mütənasib olması qənaətinə gəlib.

Hərbi xidmət zamanı dövlət hesabına verilmiş mənzildən çıxarılmasını mübahisələndirən Əliyev və 4 başqa ərizəçinin işində də Avropa Məhkəməsi pozuntu tapıb, hesab edib ki, mənzillərinin əlindən alınması ərizəçilərin şəxsi həyata hörmət hüququnu pozub.

Babayev və başqaları Azərbaycana qarşı işi 3 ərizəçinin 2012-ci ildə baş vermiş yürüş zamanı zorakılıqla saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Həmin vaxt ərizəçilər inzibati qaydada cəzalandırlmışdılar. 1-ci və 2-ci ərizəçilərin şikayətləri milli müdafiə vasitələrini tükədnirmədiklərinə görə qəbul edilməz sayılıb. 3-cü ərizəçiyə münasibətdə isə AİHM toplaşmaq azadlığı hüququnun pozuntusunu tanıyıb. Məhkəmə vurğulayıb ki, dinc eksiya iştirakçısının saxlanılması, cəzalandırlması 11-ci maddənin təməllərinə uyğun gəlmir.

Avropa Məhkəməsi Ramiz Cəfərov Azərbaycana qarşı işində “ağlabatan müddət” testini araşdırıb. Cəfərov əvvəllər prokurorluq, sonar məhkəmə sistemində çalışmışdı. O, xüsusi pensiya təyin edilməməsinin qanunsuzluğunu, daxili məhkəmə icraatlarının həddən artıq uzun olmasını mübahisələndirmişdi. Ərizəçinin xüsusi pensiya tələbinin qanuni əsaslara söykənməməsi qənaətinə gələn Avropa Məhkəməsi milli məhkəmələrdəki icraatların 10 sürməsini pozuntu hesab edib. Məhkəmə öz qərarında vurğulayıb ki, bu işdə müddət axını 2007-ci ildə başlayıb və 2017-ci ildə başa çatıb. İşin pensiya mübahisəsinə aid olması xüsusi diqqət tələb edən məsələ idi… Ona görə, Məhkəmə bütövlükdə məhkəmə prosesinin uzunluğunun həddən artıq olması, ağlabatan müddət tələbinə cavab verməməsi və 6-cı maddənin 1-ci bəndinin pozulması qənaətinə gəlir.

İyun ayında qeyd olunan işlərdən başqa Azəraycandan Avropa Məhkəməsinə göndərilən 5 şikayət üzrə icraat tərəflərin dostca anlaşması ilə başa çatıb, 2 iş qəbuledilməz sayılıb.