AİHM gecə “yoxa çıxan” mağaza işi üzrə qərarını elan edir

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) illər öncə Gəncə şəhərində gecəyarısı “yoxa çıxan” mağaza işi üzrə qərarını elan edəcək. Qərar mayın 9-da açıqlanacaq.

Bu işdə söhbət Gəncə şəhərindən olan kiçik sahibkar İlqar Məhərrəmov şikayətindən gedir. O, şəhərdəki mağazalardan birinin sahibi olub. 2004-cü ildə günlərin birində gecə vaxtı onun Gəncədəki dəmir konstruksiyalardan qurulmuş mağazası “yoxa çıxıb”. Dükanın ərazisi dövlət ehtiyacaları üçün – avtomobil youlunun genişləndirilməsi üçün istifadə edilib. Ancaq sahibkara təzminat ödənilməyib. Sahibkar yerli məhkəmələrə üz tutub, faydası olmayıb və Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

AİHM şikayət üzrə ilk qərarını 2 il əvvəl, 2017-ci ilin martında elan etmişdi. Həmin qərarda vurğulanmışdı ki, Azərbaycan dövləti İ.Məhərrəmovun mülkiyyət hüququnu pozub. Təzminat tələbinə gəlincə, qərarda qeyd edilib ki, məhkəmə bununla bağlı qərar çıxarmağa hazır deyil. Təzminat məsələsi ilə bağlı cavabdeh dövlətlə ərizəçinin razılaşa biləcəyi ehtimal edilib. Bu 3 ay ərzində reallaşmalı idi.

Sahibkar AİHM-dən itirdiyi obyektə görə 90 min 322 avro, maddi zərərə görə 90 min 412 avro, mənəvi zərərə görə 10 min avro, hüquq məsrəflərinə görə isə 2534 avro ödənilməsini tələb edib.

AİHM mayın 9-da təzminat məsələsi ilə bağlı qərarını açıqlayacaq.