Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi bu gün, oktyabrın 31-də Azərbvaycanla bağlı 2 qərarını açıqlayıb.
Jurnalistin işi
Qərarlardan biri Naxçıvandan olan tənqidçi jurnalist Həkimeldosu Mehdiyevin şikayəti əsasında qəbul edilib. Mehdiyev 2011-ci ildə Naxçıvanda, Şərur rayonunda elektrik enerjisindən qanunsuz istifadə etməkdə (Cinayət Məcəlləsi, maddə 189-1.1, “elektrik enerjisindən qeyri-qanuni istifadə) günahlandırılmış, 1000 AZN cəzalandırılmışdı. Mehdiyev AİHM qarşısında iddia edirdi ki, bu işdə onun ədalətli məhkəmə araşdırması hüququ pozulub.
Avropa İnsan Haqları Məhkəməsi jurnalistin iddia etdiyi pozuntunu (Maddə 6.1) tanıyıb. Qərara görə, hökumət jurnalistə 2 min avro mənəvi zərər əvəzi təzminat ödəməlidir.
Məhkəməyə qədər həbsin qanunsuzluğu ilə bağlı
Digər qərar Həmzəli Məmmədquliyevin ərizəsi əsasında çıxarılıb. Ərizəçi AİHM-də məhkəməyəqədər həbsin qanunsulzuğunu mübahisə edirdi. Kommunikasiya zamanı hökumət pozuntunu etiraf etdiyindən, tərəflər dostca anlaşıblar. Anlaşmaya görə, hökumət Məmmədquliyevə 3500 avro ödəməlidir.