AİHM-dən Oqtay Gülalıyev qərarı

Press-reliz:

Bu gün Avropa İnsan Haqları Məhkəməsi hüquq müdafiəçisi Oqtay Güləliyevin şikayəti üzrə qərarını açıqlayıb. Məhkəmə şikayəti baxılacaq işlər siyahısından çıxarıb.

Oqtay Güləliyev AİHM-ə 2012-ci ildə şikayət etmişdi. Həmin vaxtlar O.Gülalıyevə cinayət işi açılmış, məhkəməyəqədər həbs edilmişdi. Onun vəkilləri məhkəməyəqədər həbsin qanunsuzluğunu mübahisələndirmişdilər.

Şikayətin Kommunikasiyası zamanı ərizəçi dostca həll təkliflərini rədd etmişdi. Ardınca, iddia (maddə 5.3) olunan pozuntunu etiraf edən, ərizəçiyə 3500 avro ödəməyi üzərinə götürən Dövlət məhkəməyə təktərəfli deklarasiya təqdim edib, şikayətin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq siyahıdan çıxarılmasını istəyib.

AİHM qərarında qeyd edir ki, təktərəfli deklarasiya haqda Ərizəçiyə məlumat göndərilib, amma o, həmin məlumata cavab verməyib.

Beləliklə, məhkəmə şikayətin siyahıdan çıxarılmasını məqsədəuyğun hesab edib. Dövlət Ərizəçiyə 3500 avro təzminat ödəyəcək.